Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Təhlükəsizlik Nazirliyində Ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbirləri keçirilib

Milli Təhlükəsizlik Nazirliyində Ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbirləri keçirilib

12.12.2013 [09:39]

Milli Təhlükəsizlik Nazirliyində (MTN) Ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbirləri keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, bu qurumun xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Anma mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Akademiyanın rəisi Ziya Yusifzadə çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin mənalı ömrü, möhtəşəm siyasi fəaliyyəti və zəngin irsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin xəzinəsidir. Heydər Əliyev həyat amalının ali məqsədini doğma xalqına xidmətdə, gələcək nəsillərin xoşbəxtliyi naminə çalışmaqda görürdü. Ümummilli lider hərtərəfli istedada, hüdudsuz intellektual potensiala malik idi. O, dövlət idarəçiliyini və quruculuğunu, iqtisadiyyatı, tarixi, mədəniyyəti və elmin digər sahələrini mükəmməl bilirdi. Heydər Əliyevin başlıca xüsusiyyəti xalqımızın milli maraqlarını hər şeydən uca tutması, bütün mənalı ömrünü Azərbaycana həsr etməsi idi. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan Ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti də Ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.
Qeyd olunub ki, bu gün Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Deməli, bu böyük şəxsiyyət yaşayır və Onun tarixi rolu davam edir. Ulu öndərin misilsiz xidmətlərindən biri də xalqımızın həqiqi tarixini bərpa etməsi, milli mənəvi irsini və adət-ənənələrini dirçəldib özünə qaytarması, Azərbaycan dilini, incəsənətini, musiqisini və mədəniyyətini dünyada tanıtması olub. Məhz Onun ölçüyəgəlməz fəaliyyəti sayəsində 1969-cu ildən başlayaraq respublikanın ictimai və iqtisadi həyatında köklü islahatlar həyata keçirilib, xalqın maddi rifahı yaxşılaşdırılıb. Təsadüfi deyil ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası məhz o dövrdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.
Xalqımızın milli sərvəti olan müstəqilliyi qorumaq kimi taleyüklü missiyanı da Heydər Əliyev öz üzərinə götürdü və titanik fəaliyyəti ilə gənc dövlətimizi bütün daxili və xarici təhdidlərdən qorudu. Heydər Əliyev çağdaş və gələcək tariximizdə təkcə milli müstəqillik ideyasını gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövlətin inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminlər hazırlayan müdrik rəhbər kimi əbədiyaşarlıq qazanıb.
Akademiyanın rəisi Ziya Yusifzadə qeyd edib ki, bu gün Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan Ulu öndərin yadigarı, siyasi varisi, Onun ölməz ideyaları ilə silahlanmış Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır. Ölkədə demokratik dövlət quruluşu daim təkmilləşdirilir, ictimai-siyasi həyatın bütün sahələrində reallaşdırılan modernləşmə dövlətimizi tərəqqi və inkişafa aparır. Azərbaycanın əzəmətli sabahı qaçılmazdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə, bu regionda sülhün və inkişafın qarantına çevrilib. Ölkəmiz dünyada heç bir qüvvədən asılılığı olmayan müstəqil dövlət kimi tanınır və iqtisadi inkişaf tempinə görə birincilər sırasında yer alır, onun beynəlxalq nüfuzu sürətlə artır.
Bu gün Azərbaycanın özünün intibah və dinamik dövrünü yaşadığını qeyd edən Ziya Yusifzadə Prezident İlham Əliyev tərəfindən müəyyən edilən və elmi əsaslara söykənən yeni iqtisadi strategiya nəticəsində ölkəmizin analoqu olmayan nailiyyətlər əldə etdiyini vurğulayıb. Azərbaycanın tərəqqisi naminə yorulmaq bilmədən çalışan Prezident İlham Əliyev demokratik dəyərləri önə çəkən müdrik dövlət xadimi kimi bütün dünyada böyük hörmət və ehtiram qazanıb. Məhz bütün bunlara görə qədirbilən xalqımız bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Heydər Əliyev siyasətinə, Ulu öndərin layiqli davamçısı İlham Əliyevə səs verib. Bununla da Azərbaycan xalqı göstərib ki, onun dövlətimizin başçısına inam və məhəbbəti sonsuz və tükənməzdir.
İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin müstəqilliyi, müstəqil Azərbaycan Respublikasını bizlərə bəxş etmiş Heydər Əliyev dühasının işığı heç bir zaman sönməyəcək, irəliyə, daha parlaq gələcəyə gedən yolumuzu daim nura qərq edəcək. Xalqımız əmindir ki, Ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız yeni-yeni uğurlara imza atacaq və böyük zirvələri fəth edəcək.
Tədbirdə çıxış edən Akademiyanın baş müəllimi kapitan R.Əzizov, dinləyici leytenant Ü.Mürşüdov, kursantlar K.Qəmbərli və Ş.Qəzənfərli Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışıb, Ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Tale” sənədli filmi nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 918 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31