Qvineyada İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyası keçirilib
14.12.2013 [10:23]
Dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının “Sivilizasiyalararası dialoq: Sülh və davamlı inkişaf amili” mövzusunda 40-cı sessiyası keçirilib.
İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Elmar Məmmədyarov tədbirdə çıxış edərək diqqəti Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfəsinə, İƏT ölkələri və üzv dövlətlər ilə əməkdaşlığın inkişafı məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlara cəlb edib.
İclasın nəticəsi olaraq İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş yekun Konakri bəyanatında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb olunub.
Yekun bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi əsasında Bakıda İƏT-in Əmək Məsələləri üzrə Mərkəzinin yaradılması barədə qurumun 2013-cü il aprelin 25-26-da Bakıda keçirilmiş iclasında İƏT əmək nazirlərinin konfransının qəbul etdiyi qərar və Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsi alqışlanıb.
2014-cü ilin noyabrında İƏT-ə üzv dövlətlərin inkişafında qadınların roluna dair nazirlər konfransının 5-ci sessiyasının Azərbaycanda keçirilməsi barədə qərar da yekun bəyanatda üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təqdir olunub.
İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnamədə “Xocalıya ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb. Həmin bəndə əsasən İƏT-in üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılır.
Xatırladaq ki, İƏT-in bu il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş Zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində üzv ölkələrin dövlət və hökumət başçıları 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əməllərini insanlığa qarşı cinayət kimi qiymətləndirib və bu soyqırımının milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar ediblər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

