Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin gənclərinin beynəlxalq ekoloji forumu işə başlayıb
18.12.2013 [09:15]
Dekabrın 17-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin gənclərinin “Bir birimizdən öyrənirik” mövzusunda beynəlxalq ekoloji forumu işə başlayıb.
AzərTAc xəbər verir ki, forum “MDB ölkələrinin 2013-2014-cü illərdə humanitar sahədə əməkdaşlığına dair prioritet tədbirlər planı”na uyğun keçirilir. Tədbirin məqsədi Azərbaycanda və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya münasibətdə məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə təkan verməkdir.
Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin müasir dünyanın ekologiya problemlərinin həlli istiqamətində səmərəli müzakirələrin, fikir mübadiləsinin aparılması üçün gözəl platforma olacağına əminliyini ifadə edib. İ.Babayev ətraf mühitin qorunmasının həm indiki, həm də gələcək nəsillər üçün çox vacib məsələ olduğunu qeyd edib.
Nazir müavini deyib: “İnanıram ki, bu forum müxtəlif ölkələrin gəncləri arasında ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir. Ekoloji vəziyyətin yaxşılaşdırılması prioritet məsələlərdəndir. Biz burada aktual problemləri müzakirə edəcəyik. Ümidvaram ki, ekspertlərin, QHT nümayəndələrinin iştirakı ilə keçirilən forum MDB məkanında birgə ideyaların və layihələrin yaranması ilə nəticələnəcəkdir”.
İ.Babayev Azərbaycanda son 10 ildə ekologiya sahəsində qəbul edilən qanunlara toxunaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edildiyini diqqətə çatdırıb.
İDEA-nın layihə direktoru Anara İsmayılova ictimai birliyin rəhbəri Leyla Əliyevanın forum iştirakçılarına müraciətini oxuyub.
Müraciətdə L.Əliyeva 2013-cü ilin “MDB-də ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili” elan edildiyini diqqətə çatdıraraq vurğulayır: “Gənclər başa düşməlidirlər ki, ölkələrimiz regionun ekologiyasının gələcəyinə görə ümumi məsuliyyət daşıyırlar. Təbiətin xilası naminə yalnız birgə fəaliyyət və əməkdaşlıq bu sahədə uğurlu nəticələr verə bilər. Bu baxımdan bizdən - ünsiyyət və innovasiyalara açıq olan, qabaqcadan yaranmış yanlış fikirlərdən və süni yaradılmış sərhədlərdən uzaq olan gənc nəsildən çox şey asılıdır. Planetin gələcəyi bizim əlimizdədir və yalnız birləşməklə təbiəti qoruya bilərik, bu gün sahib olduğumuz Yerin gözəlliyini gələcək nəsillərə ərməğan edə bilərik”.
Daha sonra forumda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna və Rusiya nümayəndələri çıxış ediblər. Qeyd edilib ki, son zamanlar ətraf mühitin mühafizəsi gəncləri çox narahat edən məsələlərdən biridir. Yüksək səviyyədə təşkil olunmuş beynəlxalq forum bu sahədə yeni ideyaların yaranması üçün gözəl məkandır.
Çıxış edənlər, həmçinin Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirib, paytaxt Bakının gündən-günə gözəlləşdiyini vurğulayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil edilən Beynəlxalq forumda MDB-nin üzvü olan dövlətlərin 40-a yaxın gənc ekoloqu iştirak edir.
Dekabrın 19-dək davam edəcək tədbirdə “Ekologiya sahəsində əhalinin maarifləndirilməsi”, “Tullantılardan davamlı istifadə”, “Ekokönüllülük”, “Ekoturizm”, “Vəhşi təbiətin mühafizəsi”, “Xüsusi mühafizə olunan ərazilər” və s. mövzularda sessiyalar, qrup işləri və təqdimatlar olacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22

