Bakıda Qətərin milli bayramı şərəfinə tədbir keçirilib
20.12.2013 [09:34]
Dekabrın 19-da Qətərin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib.
AzərTAc xəbər verir ki, səfir şeyx Mübarək bin Fəhd Casim Al Tani ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Qətər dövləti siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşayır.
Səfir Azərbaycan ilə Qətər arasında əlaqələrin uğurla inkişaf etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri şeyx Həməd bin Xəlifə Al Taninin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradır. O, əmin olduğunu bildirib ki, Azərbaycan ilə Qətər arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələr gələcəkdə daha da inkişaf edəcək. Diplomat qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əlamətdar gün münasibətilə Qətər xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin Qətərə, Əmir şeyx Həməd bin Xəlifə Al Taninin Azərbaycana səfərləri ölkələrimiz arasında əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq münasibətlərinin daha sürətlə inkişafına səbəb olub. Azərbaycan-Qətər əlaqələrinin bir çox sahələrdə uğurla inkişaf etdiyini vurğulayan nazir hər iki ölkənin mövqelərinin beynəlxalq təşkilatlarda üst-üstə düşdüyünü söyləyib.
Əli Abbasov əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcək.
Rəsmi qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

