Dənizçilər 20 Yanvar şəhidlərinin əziz xatirəsini anıblar
17.01.2014 [10:32]
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlı qırğından 24 il ötür. 20 Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi, Azərbaycanın tarixinə parlaq səhifə yazdı, müstəqilliyimiz üçün yol açdı. Ötən illər ərzində Azərbaycan xalqı öz şəhidlərini nəinki unutmayıb, əksinə, onların qəhrəmanlıqlarını əbədi olaraq yaddaşlara həkk edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi də Vətənimizin azadlığı, ərazi bütövlüyü, dövlətçiliyimizin qorunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini daim uca tutur.
Faciənin ildönümü ərəfəsində - yanvarın 16-da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin kollektivi Şəhidlər xiyabanına gələrək, ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş igid Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Dənizçilər torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş həmkarlarının da məzarlarını ziyarət edərək, dərin ehtiramlarını bildiriblər.
Sonra Dövlət Dəniz Akademiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.
Əvvəlcə dənizçilər şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciənin mahiyyətindən danışıblar. Qanlı Yanvar günü kimi yaddaşlara həkk olunan bu faciənin Azərbaycanda suveren, demokratik bir dövlət yaratmaq amalı ilə ayağa qalxmış insanların inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq üçün reallaşdırıldığını deyən natiqlər qeyd ediblər ki, buna baxmayaraq, xalqımız azadlığını hər şeydən daha üstün tutub. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirib.
Mərasimdə “Ulu öndər Heydər Əliyev və 20 Yanvar faciəsinə verilən siyasi qiymət” mövzusunda məruzə dinlənilib. Məruzədə faciənin törədilməsindən 24 il keçməsinə baxmayaraq, Qanlı Yanvar gecəsinin heç bir azərbaycanlının yaddaşından silinməyəcəyi vurğulanıb. Bildirilib ki, əslində 20 Yanvar kədər və matəm günü deyildir. 20 Yanvar milli-azadlıq hərəkatının başlandığı, xalqın imperiya xofundan azad olduğu, şüurlarda inqilabi dəyişikliklərin baş verdiyi qürur və şərəf günüdür.
Tədbirdə çıxış edənlər bildiriblər ki, XX əsrdə totalitar sovet rejiminin həyata keçirdiyi ən qanlı terror aksiyasından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilən cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəlmiş dəhşətli qırğındır. Xalqımız bu qanlı faciəni heç vaxt unutmayacaqdır.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

