Milli Məclisdə Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
21.02.2014 [09:23]
Fevralın 20-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, Oqtay Əsədov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqdan danışıb. Sədr bildirib ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir. Qeyd edilib ki, əməkdaşlıq üçün yaxşı hüquqi baza da vardır. İndiyədək 40-dan çox ikitərəfli sənəd imzalanıb. Daha 13 sənəd isə imzalanmaq üçün hazırlanır. İqtisadi əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması üçün yaxşı potensial var.
Milli Məclisin sədri Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyindəki mühüm rolundan danışaraq həyata keçirilən iri layihələrdən bəhs edib. O, parlamentlərarası münasibətlərin səviyyəsindən də razılığını bildirib, beynəlxalq qurumlardakı birgə səmərəli fəaliyyətin məmnunluq doğurduğunu qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov vurğulayıb ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı 20 ildən artıqdır davam edən danışıqları heç bir nəticə verməyib. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır.
Baş nazir Plamen Oreşarski Bolqarıstan ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Qonaq ölkələrimiz arasında, xüsusilə energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. O, Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18

