Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Bolqarıstan arasında təhsil, maliyyə və ekologiya sahələrində üç sənəd imzalanıb

Azərbaycan ilə Bolqarıstan arasında təhsil, maliyyə və ekologiya sahələrində üç sənəd imzalanıb

21.02.2014 [09:40]

Fevralın 20-də Azərbaycanın Baş naziri Artur Rasizadənin və Bolqarıstanın Baş naziri Plamen Oreşarskinin geniş tərkibdə nümayəndə heyətlərinin görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.
AzərTAc xəbər verir ki, Bakı Dövlət Universiteti və Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Velikotrnovo Universiteti arasında qarşılıqlı anlaşma barədə Memorandumu bu ali məktəblərin rektorları Abel Məhərrəmov və Plamen Leqkostup imzalayıblar.
Azərbaycanın Maliyyə Nazirliyi və Bolqarıstanın Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi maliyyə nazirləri Samir Şərifov və Petar Çobanov imzalayıblar.
Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Hökuməti və Bolqarıstan Hökuməti arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma barədə Memorandumu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İskra Mixaylova imzalayıblar.

Paylaş:
Baxılıb: 900 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31