Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ Dövlət Departamentindən növbəti qərəzli mövqe...

ABŞ Dövlət Departamentindən növbəti qərəzli mövqe...

01.03.2014 [11:45]

Novruz Məmmədov: İnsan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Bunu sübut edən başlıca faktlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Qeyd edək ki, sadalanan məsələlər kontekstində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması məsələsi də xüsusi əhəmiyyət daşıyır.
Vurğulamaq lazımdır ki, Ulu öndər Heydər Əliyev tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə fundamental töhfələr verir. Nəticə etibarilə, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirir.
Amma təəssüflər olsun ki, bəzi anti-Azərbaycan dairələri və qurumlar ölkəmizin demokratik imicinə kölgə salmaq, bəzi hallarda isə Azərbaycana təzyiq etmək üçün qara piar xarakterli məlumatlar yayırlar. Məlum olduğu kimi, bu yaxınlarda ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında ölkəmizlə bağlı subyektiv və qərəzli məlumatlar yer alıb. Hesabatda ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının durumunun təhrif olunması, real faktlardan yan keçilməsi və ortaya subyektiv mövqe qoyulması bir sıra məqamları yenidən aydınlaşdırır. İlk növbədə bəlli olur ki, bir çox ölkələrə, o cümlədən, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bu cür qurumlar beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edərək, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu qurumların fəaliyyətinin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni bəzi qlobal güc mərkəzlərinin - aparıcı aktorların maraqları əsasında çıxış edən bu cür hesabatlarla nəinki beynəlxalq hüquq normaları ayaqlar altına atılır, eləcə də, milli dövlətlərin fəaliyyətinə kobudcasına müdaxilə edilir. KİV-ə müsahibəsində hesabata münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, insan hüquqları, fikir və ifadə azadlığı, sərbəst toplaşma azadlığı və digər məsələlərlə bağlı göstərilən mövqe Azərbaycandakı reallıqdan tam fərqlidir.
Əlbəttə, rəsmisinin Ermənistanın törətdiyi qanlı Xocalı soyqırımına dair sualı cavablandırmaqdan yayındığı bir qurumun - Dövlət Departamentinin bu cür mövqe sərgiləməsi heç də təəccüblü deyil.
Amma bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolunda irəliləyir və bəzi dairələrin ölkəmizə qarşı apardıqları qara piar kampaniyası iflasa məhkumdur. Çünki möhkəm ictimai-siyasi sabitliyə və dinamik iqtisadi inkişafa malik olan Azərbaycanın tərəqqisi davamlı xarakter daşıyır. Məhz bu cür manipulyasiyalarla ölkəmizdə ictimai rəyə neqativ təsir etmək mümkün deyil. Birincisi, Azərbaycan ictimaiyyəti bu cür siyasi manipulyasiyaların hansi məqsədlərə xidmət etdiyini yaxşı anlayır. Digər tərəfdən isə, ölkəmiz, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Novruz Məmmədovun qeyd etdiyi kimi, xarici amillərdən asılı olmayaraq, Azərbacan öz inkişaf yoluna davam edir.
NURLAN

Paylaş:
Baxılıb: 880 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31