Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
08.03.2014 [09:58]
Martın 7-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı arasındakı mövcud əlaqələrə, əməkdaşlıq perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Baş katibi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib, bu səfərin Azərbaycan və İƏT arasında uğurlu əməkdaşlığın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan İƏT tərəfindən hazırlanan yardım layihələrində fəal iştirak edir. 2013-cü ildə Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsinin həcmi daha 7,7 faiz artaraq 6,8 milyard dollara çatıb. İƏT-in maliyyə qurumu olan İslam İnkişaf Bankı bu günədək ölkəmizə 18 layihə üzrə 960 milyon dollar məbləğində kredit, 14 layihə üzrə 5 milyon dollar texniki yardım ayırıb.
İƏT-in əsas qurumlarından olan İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitə (COMCEC) çərçivəsində də iqtisadi əməkdaşlıq yüksək səviyyədədir. İndiyədək Bakıda İƏT çərçivəsində bir sıra beynəlxalq tədbir və forumlar keçirilib. 2010-cu ildə İslam İnkişaf Bankının illik toplantısının Bakıda təşkili, Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi xüsusi vurğulanıb.
Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İƏT-in Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və məsələ ilə bağlı bir neçə qətnamə qəbul etdiyini deyib.
Görüşdə, həmçinin Azərbaycan iqtisadiyyatına dair məlumat verən nazir ölkəmizin etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyini diqqətə çatdırıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib, İƏT-lə əməkdaşlığın inkişaf perspektivləri barədə məlumat verib. Qonaq ölkəmizdə əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı sahələrində Azərbaycan təcrübəsinin İƏT üzv olan digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

