Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ankaranın Kızılcahamam rayonunda “Xocalı abidəsi və Xocalı muzeyi” kompleksi açılıb

Ankaranın Kızılcahamam rayonunda “Xocalı abidəsi və Xocalı muzeyi” kompleksi açılıb

29.03.2014 [12:12]

Martın 27-də Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş “Xocalı abidəsi və Xocalı muzeyi” kompleksinin açılışı olub. Tədbir Azərbaycan səfirliyinin və Ankaranın Kızılcahamam Bələdiyyəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar gerçəkləşdirilib.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, kompleksin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, deputat Cavanşir Feyziyev, Kızılcahamam Bələdiyyəsinin başçısı Coşkun Ünal, Kızılcahamam rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, ictimai-siyasi xadimlər, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə əvvəlcə qardaş ölkələrimizin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri oxunub.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai siyasi-məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edib.
Türkiyə Respublikasının hökumətinə və Kızılcahamam rayon rəhbərliyinə təşəkkür edən Əli Həsənov Xocalı soyqırımının bütün Türk dünyasının müştərək acısı olduğunu diqqətə çatdırıb, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb, bu cür tədbirlərin Xocalı soyqırımı və digər faciələrin bir daha təkrarlanmaması üçün vacib olduğunu bildirib. Əli Həsənov həmçinin Türkiyədə Xocalı soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını diqqətə çatdırıb, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağına ümid etdiyini vurğulayıb.
Səfir Faiq Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında Ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən mühüm vəzifələrdən danışıb.
Tanınmış tarixçi alim Yaqub Mahmudov, Kızılcahamam bələdiyyəsinin rəhbəri Coşkun Ünal və rayonun icra başçısı Mustafa Çit çıxış edərək, qardaş ölkələrimizin xalqlarına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş bəhs ediblər.
Tədbir iştirakçılarına “İrs-Miras” jurnalı ilə yanaşı, erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan materiallar təqdim olunub.

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31