/ / Vaşinqtonda Heydər Əliyev Fondunun və “Uşaq ürəyini xilas et” təşkilatının birgə layihəsinin təqdimatı olub
Vaşinqtonda Heydər Əliyev Fondunun və “Uşaq ürəyini xilas et” təşkilatının birgə layihəsinin təqdimatı olub
02.04.2014 [09:34]
Heydər Əliyev Fondunun və “Uşaq ürəyini xilas et” xeyriyyə təşkilatının birgə həyata keçirəcəyi layihənin icrası ilə əlaqədar Vaşinqtondakı “Beynəlxalq Bnay Brit” qurumunun ofisində xüsusi təqdimat mərasimi olub.
“Beynəlxalq Bnay Brit” təşkilatının vitse-prezidenti Daniel Mariaşi tədbiri açaraq Heydər Əliyev Fondu ilə “Uşaq ürəyini xilas et” təşkilatı arasında əməkdaşlığı yüksək qiymətləndirib.
Əsas mərkəzi İsraildə yerləşən “Uşaq ürəyini xilas et” təşkilatının icraçı direktoru Devid Lituak təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu ilə əlaqələr sayəsində Azərbaycan təşkilatın əməkdaşlıq edəcəyi sayca 49-cu ölkə olacaq. O, 1995-ci ildə yaradılmış bu təşkilata könüllülük prinsipi əsasında dəstək verən həkimlər tərəfindən 2 mindən artıq uşağın həyatının xilas olunduğunu bəyan edib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində, bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş azərbaycanlı uşaqlar təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində əməliyyat oluna biləcəklər. D.Lituak deyib ki, bu layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək və təşkilat ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazırdır.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə əvvəlcə bu il yaranmasının 10 illiyini qeyd edəcək Fondun fəaliyyəti haqqında məlumat verib. O, “Uşaq ürəyini xilas et” təşkilatı ilə əməkdaşlığın yaratdığı imkanları bir daha xatırladaraq, uşaqların sağlamlığı və rifahının sərhəd tanımadığını, milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd edib və bu layihənin uşaqların həyatının xilası kimi ülvi bir məqsədə xidmət etdiyini vurğulayıb. O, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ixtisasca həkim olaraq, səhiyyə sahəsindəki layihələrə, o cümlədən uşaqların müalicəsinə xüsusi diqqət göstərdiyini və bu fəaliyyətləri şəxsən nəzarətdə saxladığını bildirib.
Cəmilə Paşayeva-Seyidzadə “Uşaq ürəyini xilas et” təşkilatı ilə birgə layihənin təqdimat mərasiminin Vaşinqtonda keçirilməsinə baxmayaraq, bu layihənin, eyni zamanda, 3 ölkə - Azərbaycan, ABŞ və İsrail arasında mövcud körpüləri möhkəmləndirəcəyinə ümid etdiyini bildirib.
Tədbir iştirakçıları, həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxıb, Fondun müxtəlif mövzulara aid nəşrləri ilə yaxından tanış olublar.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov çıxışında deyib ki, ölkə rəhbərliyinin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində əldə olunmuş tərəqqi sayəsində Azərbaycan humanitar yardım alan ölkədən fəal donor ölkəyə çevrilib. Bu gün Azərbaycan tərəfindən beynəlxalq aləmdə aparılan xeyriyyə fəaliyyətlərində Heydər Əliyev Fondunun mühüm rolu olduğunu bildirən diplomat bu layihənin insanlar arasında əlaqələr kontekstində Azərbaycanın ABŞ və İsrail ilə dostluq və tərəfdaşlıq münasibətlərinə əhəmiyyətli bir töhfə verəcəyini qeyd edib.
İsrailin ABŞ-dakı səfirliyinin müşaviri Eli Qroner də Heydər Əliyev Fondu və “Uşaq ürəyini xilas et” təşkilatı arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib, bunun ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq münasibətlərinin növbəti bir nümunəsi olduğunu vurğulayıb.
“Uşaq ürəyini xilas et” təşkilatının ABŞ nümayəndəliyinin prezidenti Barri Perlis Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə gördüyü işlər barədə məlumatlı olduğunu söyləyib, Fondun əməkdaşlıq üçün “Uşaq ürəyini xilas et” təşkilatını seçdiyinə və ona verdiyi dəstəyə görə dərin təşəkkürünü ifadə edib.
Mərasimdən bir neçə gün öncə isə Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə “Uşaq ürəyini xilas et” təşkilatının ABŞ idarə heyətinin rəhbəri xanım Fransis Kuk ilə görüşərək, təşkilatlar arasında əməkdaşlığın perspektivlərini müzakirə edib. Vaxtilə ABŞ-ın Yaxın Şərq ölkələrində ilk qadın səfiri olmuş F.Kuk Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıqdan böyük məmnunluğunu bildirib, Fondun fəaliyyəti haqqında hələ ötən il Fransanın Kann şəhərində keçirilmiş Azərbaycan mədəniyyət günlərinin şahidi olmaqla xəbər tutduğunu açıqlayıb. O, Heydər Əliyev Fondu ilə birgə layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

