Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilib
19.04.2014 [14:03]
Aprelin 18-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclası açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəliyi təqdim edib.
Sonra deputatlar cari məsələləri müzakirə edərək ölkəmizin uğurlu xarici siyasətindən danışıb, Azərbaycanın dünyada, xüsusilə də beynəlxalq qurumlardakı prinsipial mövqeyini qeyd ediblər. Ölkəmizin iqtisadi yüksəlişi nəzərə alınmaqla səhiyyə turizminin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilib.
Palatanın sədri Vüqar Gülməmmədov hesabat dövründə görülmüş işlər, aparılan yoxlamaların nəticələri, analitik təhlillər barədə məlumat verib. O deyib ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı makroiqtisadi sabitlik şəraiti 2013-cü ildə də davam etdirilib. Dinamik iqtisadi artım formalaşıb, ölkənin maliyyə resursları daha da çoxalıb. Bu da maliyyə imkanlarının genişlənməsinə və şaxələnməsinə səbəb olub.
Qeyd edilib ki, büdcə prosesinin təkmilləşməsi nəticəsində fiskal fəzanın genişləndirilməsi prioritet vəzifələrdən birinə çevrilib. Bu isə dövlət maliyyə nəzarətinin rolunun və əhəmiyyətinin artırılması ilə yanaşı, onun şəffaf və çevik olmasını tələb edir.
Bildirilib ki, hesabat ilində ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatası fəaliyyətinin daha səmərəli və keyfiyyətlə icrasına xüsusi diqqət yetirib. 2013-cü ildə sonrakı nəzarətin təmin edilməsi məqsədilə Hesablama Palatası tərəfindən 75 audit tədbiri keçirilib ki, bu da 2011-ci illə müqayisədə 29, 2012-ci illə müqayisədə isə 7 audit tədbiri çoxdur. Nəzarət tədbirlərinin dövlət vəsaitlərinin strukturuna görə bölgüsünə gəldikdə, həyata keçirilmiş audit tədbirlərindən 5-i dövlət büdcəsinin gəlirləri ilə bağlı olan fəaliyyəti, 59-u müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si dövlət torpaq fondunun istifadəsi, 4-ü isə büdcədənkənar dövlət fondunun vəsaitləri ilə bağlı fəaliyyəti əhatə edib.
Qeyd edilib ki, hesabat ilində audit tədbirləri büdcə xərclərinin funksional təsnifatının bütün bölmələrini əhatə edib. Palatanın həyata keçirdiyi maliyyə büdcə tədbirləri nəticəsində hesabat ilində büdcə qanunvericiliyinin və normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı 4,3 milyon manat və 38 min avro məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Dövlət Sosial Müdafiə Fonduna çatacaq 196,1 min manat vəsait Fondun hesabına köçürülüb. Vergilər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində vergi və digər icbari ödənişlər üzrə təqribən 2,5 milyon manat məbləğində əlavə verginin hesablanması, 17,3 milyon manat vergi borcunun uçota alınması təmin edilib. Qabaqcıl beynəlxalq təcrübənin və standartların mövcud imkanlar çərçivəsində tətbiqinin, BMT-nin məlum qətnamələrinin müddəalarını əsas götürməklə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsində vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqətin yetirilməsi ilə bağlı müəyyən olunmuş hədəfə çatmaq qarşıda duran ən mühüm vəzifədir.
Müzakirələr zamanı çıxış edən deputatlar ölkənin ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının yarandığı vaxtdan qısa müddətdə peşəkar bir quruma çevrildiyini, Milli Məclisə təqdim olunan hesabatların ildən-ilə təkmilləşdirildiyini vurğulayıb, təkliflərini veriblər. Qeyd edilib ki, Palata vergi, maliyyə-kredit sahəsində kifayət qədər peşəkar kadrlarla təmin olunub. Qurumun hesabatı normativ-hüquqi aktlara uyğun hazırlanaraq parlamentə təqdim olunub, iş planındakı bəndlər yerinə yetirilib. Palatanın beynəlxalq əlaqələrini genişləndirilməsi də müsbət hallardan biri kimi qiymətləndirilib.
Müzakirələrdən sonra hesabat nəzərə alınıb.
Daha sonra iclasda “Yol hərəkəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlara, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilib. Cinayət-Prosessual Məcəlləsinə təhqiqat orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər haqqında danışılarkən qeyd olunub ki, qanunvericiliyə görə, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Lakin elə əməllər mövcuddur ki, həmin əməlləri törəməkdə şübhəli bilinənlərin və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə uzadıla biləcək. Bu müddət 96 saat təşkil edəcək. Belə bir təcrübə Avropa ölkələrinin qanunvericiliyində də mövcuddur.
İclasda, həmçinin “Dəniz limanları haqqında” yeni qanun layihəsi qəbul olunub. Layihə barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək deyib ki, əvvəlki oxunuşda deputatların verdikləri təkliflərin müvafiq sayılanları sənəddə əksini tapıb. Qanun dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək, limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında dövlət tənzimlənməsinin əsaslarını müəyyənləşdirəcək. Deputatlar hazırda ölkədə nəqliyyat sahəsində, o cümlədən yeni dəniz limanlarının tikilməsi, köçürülməsi ilə bağlı mühüm işlər görüldüyünü, böyük layihələr reallaşdırıldığını, Azərbaycanın ayrı-ayrı ölkələr ilə ticarət əlaqələrinin genişləndiyini deyərək qanunun bu işləri daha da sürətləndirəcəyini, bu sahədə hüquqi bazanı möhkəmləndirəcəyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

