Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verib
26.04.2014 [12:04]
Prezident İlham Əliyevdən Türkiyəyə böyük dəstək
Xəbər verdiyimiz kimi, aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan Sammit keçirilib. AzərTAc-ın məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan Zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma “soyqırımı” məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib.
Azərbaycan Prezidenti İlham Əliyev Serj Sarkisyanın yalanlarını ifşa etdi
Məlumata görə, Serj Sarkisyan sözügedən Sammitdə bir tərəfdən Türkiyəni qondarma “soyqırımı” ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər cəhdlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma “soyqırımı” ilə bağlı daha təsirli mövqe tutmalıdır.
Əslində, bu, Ermənistan prezidentinin ilk belə addımı deyil. Demək olar ki, işğalçı dövlətin başçısı qatıldığı hər tədbirdə Türkiyənin və Azərbaycanın ünvanına böhtanlar yağdırır, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Hətta bəzi beynəlxalq tədbirlərin tribunasından öz işğalçılıq siyasətini etiraf edib, onun dövlətinin Dağlıq Qarabağda törətdiyi soyqırımlarını böyük fəxrlə danışıb. O, bu davranışlarına qarşı beynəlxalq ictimaiyyətdən adekvat cavab görmədikcə, yalanlarının sərhədlərini daha da genişləndirir, belə demək mümkünsə, daha da azğınlaşır. Amma bu dəfə onun istəyi reallaşmadı. Azərbaycan Prezidenti İlham Əliyev bütün Avropanın diqqət mərkəzində olan bu mühüm tədbirdə Ermənistan prezidentinə layiqli cavab verərək onu yerində oturdub. Dövlətimizin başçısı deyib: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub, Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi”.
Türkiyə - Azərbaycan münasibətləri sarsılmazdır
Beləliklə, Prezident İlham Əliyev bir daha Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlı olmasının səbəblərinə aydınlıq gətirərək əslində, bu məsələdə günahkarın Türkiyə deyil, Ermənistan dövləti olduğunu növbəti dəfə vurğulayıb. Çünki Türkiyə məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına etiraz olaraq işğalçı ölkə ilə bütün diplomatik əlaqələrini kəsib, sərhədlərini bağlayıb. Ona görə də bu gün Serj Sarkisyanın haqsız yerə Türkiyəni günahlandırması riyakarlıqdan başqa bir şey deyil və onun bu cəhdi Prezident İlham Əliyev tərəfindən tutarlı arqumentlərlə ifşa olunub. Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı iddiaları da elə yerindəcə cavablandırılıb.
Prezident İlham Əliyev Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğanın bir neçə il öncə Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı və tarixçilərin iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirməsi təklif etdiyini xatırladaraq bu təklifin Ermənistan tərəfindən adekvat cavabla qarşılanmadığını vurğulayıb. Dövlətimizin başçısı həmçinin, Baş nazir Ərdoğanın erməni əsilli insanlara başsağlığı verdiyini, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədiyini diqqətə çatdırıb: “Baxmayaraq mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyil. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır”.
Təbii ki, Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər həm tarixi həqiqətlərə, həm də regionda mövcud olan situasiyanın obyektiv təhlilinə əsaslanır. Tarixdə “erməni soyqırımı” kimi təqdim olunan hər hansı bir hadisə baş verməyib. Əksinə, ermənilər tarix boyu azərbaycanlılara, bütövlükdə türklərə qarşı müxtəlif soyqırımları törədiblər. 1915-ci ildə Anadoluda, 1918-ci ildə Bakıda, Qubada, o cümlədən, Azərbaycanın digər şəhər rayonlarında, 1990-1993-cü illərdə Qarabağda minlərlə insan ermənilərin vəhşiliklərinin qurbanı olublar. Bunu ermənilərin özləri də bilirlər və bəzən etiraf etməkdən belə çəkinmirlər.
Beləliklə, Prezident İlham Əliyevin Sarkisyana tutarlı cavabı eyni zamanda, Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığını ortaya qoyur. Bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə əməkdaşlıq etməklə yanaşı, bir-birinə ciddi dəstək verən, istnilən tribunadan bir-birinin maraqlarını müdafiə edən qardaş dövlətlərdir. Prezident İlham Əliyevin Serj Sarkisyanın Türkiyənin ünvanına səsləndirdiyi yalanlarını ifşa etməsi bir daha ölkəmizin bu münasibətlərə verdiyi dəyərin bariz göstəricisidir.
Ermənistan nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir
Sammitdə Prezident İlham Əliyev Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibətini bildirməklə, həm də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə baxışlarını diqqətə çatdırıb. Ermənilərin Dağlıq Qarabağda apardıqları işğal siyasətini Avropa İttifaqı kimi mötəbər bir qurumun Sammitində ifşa edən Prezident İlham Əliyev deyib ki, Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl- Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan ümumilikdə Azərbaycanın 7 rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir: “Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir”.
Əlbəttə ki, Azərbaycan ərazi bütövlüyünün bütün beynəlxalq aləm tərəfindən dəstəklənməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, xarici müttəfiqlərimizin sıralarının genişləndirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, münaqişənin konstruktiv vasitələrlə həllinə xidmət edən və beynəlxlaq hüquqa söykənən sitənilən həll variantını qəbul edir, həmsədrlərin təkliv etdiyi həll variantalıran müsbət münasibətini ortaya qoyur. Lakin Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həllinə nail olunmamasının başlıca səbəbi Ermənistanın nümayiş etdirdiyi qeyri - konstruktiv mövqeyidir. Ermənistan özünü qeyri-səmimi aparır, danışıqlar prosesini uzadır, həlledici mərhələlərdə müxtəlif bəhanələrlə danışıqlardan geri çəkilir. İrəvandakı kriminal rejim beynəlxalq hüquq normalarını tanımır, işğalçılıq siyasətini bu gün də davam etdirir. Onlar danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilmiş varianta guya öz razılıqlarını verirlər, amma, eyni zamanda, müxtəlif təxribatlarla danışıqlar masasından yayınırlar. Bu onu göstərir ki, ermənilərin siyasəti qeyri-səmimidir və sadəcə beynəlxalq ictimaiyyəti aldatmaqda davam edirlər.
Niyə Ermənistana sanksiyalar qoyulmur?
Burada vurğulamalı olduğumuz başqa bir məqam isə əlbəttə ki, beynəlxalq ictimaiyyətin, o cümlədən, münaqişənin həllinə vasitəçilik edən dövlətlərin problemin həllinə yetərincə ciddi yanaşmamasıdır. Bu və ya digər hadisələrə və dövlətlərə münasibətdə ortaya qoyulan sərt mövqe və tətbiq olunan ciddi tədbirlər, sanksiyalar 20 ildən artıqdır işğalçı siyasətdən əl çəkməyən Ermənistan dövlətinə qarşı həyata keçirilmir. Əksinə, bir sıra hallarda beynəlxalq ictimaiyyətin ədalətsiz münasibətinin şahidi oluruq. İşğalçı ilə işğala məruz qalan dövlət arasında fərq qoyulmur, hətta bəzən işğalçını himayə edən mövqe sərgilənir, Azərbaycanın iğşal olunmuş torpaqlarında yaradılmış cinayətkar, terrorçu rejimin rəhbərləri bəzi dövlətlərə səfərlər edir, onlar üçün marafonlar təşkil olunub pul toplanır. Lakin Azərbaycan xalqı və dövlətimiz bu ədalətsizliyi qəbul etmir və bütün beynəlxalq aləmi bu hallara son qoymağa çağırır. Prezident İlham Əliyev də məlum tədbirdəki çıxışında bu məsələni gündəmə gətirərək xalqımızın iradəsini çox açıq şəkildə ifadə edib: “Nəhayət, sonuncu məsələ, Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.
Ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var
Məlum olduğu kimi, erməni siyasətçiləri çox tez-tez müqəddəratın təyin edilməsi prinsipinin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tətbiqi iddialarını gündəmə gətirirlər. Əlbəttə ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini qəbul edir, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu prinsiplərin əsas meyar olmasını dəfələrlə ifadə edir. O cümlədən, Helsinki Yekun Aktında əksini tapan prinsiplər də Rəsmi Bakı tərəfindən qəbul olunur. Amma sözügedən aktda ermənilərin məqsədli şəkildə unutmağa çalışdıqları ərazi bütövlüyünün toxunulmazlığı prinsipi də təyin olunub ki, bu da, həmin sənədin və beynəlxalq aləmdə təhlükəsizliyini təmin olunmasının əsas meyarıdır. Bəli, Azərbaycan bəyan edir ki, müqəddəratın təyin edilməsi ərazi bütöüyünün toxunulmazlığı çərçivəsində əhhlini tapmalıdır. Ona görə də, ölkəmiz münaqişənin yekun həllindən sonra Dağlıq Qarabağda yaşayan ermənilərə ən yüksək muxtariyyat statusunun verilməsi ilə razılaşır. Bu, təkcə, Azərbaycanın münaqişəyə baxışını ifadə etmir. Bu, həm də beynəlxalq hüququn dəyişilməz qayda - qanunlarına, regionda sülh və təhlükəsizliyin bərpasına xidmət edir. Prezident İlham Əliyev də ölkəmizin bu mövqeyini kifayət qədər aydın ifadə edərək deyib: “Onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada- Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib. Münaqişənin tez bir zamanda həlli Azərbaycanın marağındadır. Mən əminəm ki, bu, həmçinin Ermənistan xalqının marağındadır, Cənubi Qafqazda əməkdaşlıq baxımından da maraq dairəsindədir”.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı önəmli hesab edir
Prezident İlham Əliyevin Sammitdəki çıxışında diqqət çəkən və böyük marağa səbəb olan məqamlardan biri də dövlətimizin başçısının Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı haqqında söylədiyi fikirlərdir. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin işğala məruz qalmasına və bu işğalın dövlətimiz üçün yaratdığı fəsadlara baxmayaraq, həyata keçirilən proqressiv islahatlar sayəsində əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə çatdırıb: “İqtisadi sahədə biz çox işlər görmüşük. Əsasən iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir”.
Bütün bunlar isə bir daha göstərir ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda dövlət başçısı İlham Əliyevin ardıcıllıqla davam etdirdiyi məqsədyönlü siyasət müstəqil Azərbaycanı dinamik inkişaf mərhələsinə çıxarıb. Regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla reallaşdırılması, bütün sahələrdə islahatların həyata keçirilməsi, qeyri-neft sektorunun, özəl bölmənin inkişafının stimullaşdırılması ölkə iqtisadiyyatının potensialını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, uzun çəkən və bir sıra ağır fəsadlarla müşayiət olunan beynəlxalq maliyyə böhranının nəticələri dünyanın ayrı-ayrı ölkələrində hələ də hiss edilsə də, ötən dövrdə Azərbaycan iqtisadiyyatı möhkəm dayanıqlıq nümayiş etdirərək yüksək artım tempi ilə fərqlənib. İqtisadi sahədə əldə olunmuş yüksək nailiyyətlərlə yanaşı Azərbaycanda digər sahələrdə, o cümlədən, demokratiya, insan hüquqlarının qorunması istiqamətində də ciddi tədbirlər həyata keçirilir: “Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır”.
Əlbəttə ki, Azərbaycanın əldə etdiyi bu uğurlar onun beynəlxalq nüfuzunun artmasına və əməkdaşlığının güclənməsinə imkan verib. Dövlət başçısı da bu məsələni diqqətə çatdıraraq vurğulayıb ki, Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir: “2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra 45 milyard dollar dəyərində Avropanın ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaq. Nəhəng qaz yatağı olan “Şahdəniz”in işlənməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək”.
Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verdiyini söyləyərək, gələcəkdə də bu əlaqələrin davam etməsində maraqlı olduğunu vurğulayıb: “Biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti, əlbəttə ki, müsbət istiqamətdə dəyişir. Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik”.
Xəbər lenti
Hamısına baxSosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24

