/ / Aydın Hüseynov: Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu növbəti dəfə Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərdi
Aydın Hüseynov: Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu növbəti dəfə Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərdi
30.04.2014 [09:09]
“Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu növbəti dəfə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərdi, Forumun Bakıda keçirilməsi bir daha xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirməkdə Azərbaycanın güclü təşəbbüskarlığının nümunəsidir. Müasir dövrdə dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirməkdədir. Azərbaycanın xarici ölkələrlə və beynəlxalq təşkilatlarla yüksək etimad və siyasi dialoqun fonunda əməkdaşlığı gücləndirməsi dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır”. Bu barədə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə olunan məsələləri şərh edən YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov bildirib.
Məlum olduğu kimi, müasir humanitar həmrəyliyin güclənməsinə töhfə verən və gündəliyi geniş olan Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm fundamental qlobal məsələlərə toxunub. Dövlətimizin başçısı öncə müstəqil Azərbaycanın ötən 22 illik inkişaf yolu haqqında ətraflı məlumat verib, respublikamızın müstəqilliyin ilk illərində bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkdiyini diqqətə çatdırıb. Hazırda isə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu xatırladıb.
A.Hüseynov açıqlamasında dünyada sülh və əməkdaşlıq missiyasına töhfə verən Azərbaycan Prezidentinin növbəti dəfə beynəlxalq tribunadan işğal və güc faktoruna qarşı barışmaz mövqe nümayiş etdirməsini yüksək qiymətləndirib: “Azərbaycanın dünya birliyində və beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmasına diqqət çəkən Prezident İlham Əliyev dünyada sülhə və təhlükəsizliyə qarşı təhdidlərin, ərazilərin zor gücünə dəyişdirilməsinin yolverilməz olduğunu, işğalın, terrorçuluğun qarşısının alınmasının vacibliyini bildirdi. Dövlətimizin başçısı işğalçı Ermənistanla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq torpaqlarımızın hələ də işğal altında saxlanmasına qarşı dünya birliyinin təsirli tədbirlər görməməsini ədalətsizlik adlandırdı. Bu, növbəti qətiyyət və əzmkarlıq idi, beynəlxalq birliyi haqqa-ədalətə, ikili standartlardan əl çəkməyə dəvət edən bir siyasi bəyanat idi”.
YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov onu da əlavə edib ki, sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizdə qlobal forumların keçirilməsi bəşəriyyətə humanitar xeyirxahlıq töhfəsi verir: “Dünyada humanitar dialoq, elm, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün belə məkanlar olduqca azdır. Humanitar, siyasi forumlar var, lakin Bakıda təqdim edilən layihələr, irəli sürülən təşəbbüslər, həyata keçirilən tədbirlər özünəməxsusluğu ilə fərqlənir. Bakıdakı keçirilən humanitar forumlar fundamental elmlə mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25

