/ / Fransanın “terrafemina-com” internet portalında Azərbaycanda qadın hüquqlarından bəhs edən məqalə yerləşdirilib
Fransanın “terrafemina-com” internet portalında Azərbaycanda qadın hüquqlarından bəhs edən məqalə yerləşdirilib
01.05.2014 [09:23]
Aprelin 29-da Fransanın “terrafemina-com” internet portalında “Qadın hüquqları: Azərbaycan yaxşı yoldadır” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb, qadınlar üçün geniş imkanlar yaradılıb.
Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qədim və dünyəvi ölkə olduğu diqqətə çatdırılan məqalədə Şərq dünyasında ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yarandığının 1918-ci il may ayının 28-də elan edildiyi, bu dövrdə ölkənin Qərb təsisatlarına uyğun hüquqi bazasının yaradıldığı, dünyanın inkişaf etmiş ölkələrindən olan Fransadan xeyli əvvəl qadınlara seçib-seçilmək hüququnun verildiyi xüsusi vurğulanır.
Müstəqillik illərində ölkənin sürətlə modernləşdiyinin xatırlandığı məqalədə Azərbaycanın Qərb dəyərlərinə maraq göstərdiyi, son 20 ildə həqiqi modernləşmə prosesi aparıldığı, Avropa Şurasının həqiqi üzvü kimi, qurumun prioritetləri olan insan haqları, bərabərlik, tolerantlıq və müxtəliflik prinsiplərinin ölkənin daxili siyasətinin əsas meyarlarını təşkil etdiyi haqda fransız oxucularına məlumat verilir.
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı konkret addımların atıldığı vurğulanan məqalədə bu istiqamətdə mühüm işlərin görüldüyü diqqətə çatdırılır.
Məqalədə Azərbaycanda qadınların parlamentdə 16 faiz, məhkəmə orqanlarında 14 faiz təşkil etdiyi, qadın və uşaqların hüquqlarının müdafiəsi ilə əlaqədar 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı bildirilir.
ATƏT tərəfindən aparılan araşdırmalara istinad edilən məqalədə 2004-2009-cu illərdə bələdiyyələrdə təmsil olunan qadınların sayının 4 faizdən 26,5 faizə yüksəldiyi vurğulanır.
Məqalənin sonunda gender bərabərliyi məsələləri ilə məşğul olan Bakı Dövlət Universitetinin müəllimi, fəlsəfə elmləri namizədi Kifayət Ağayevanın son illər cəmiyyətdə qadınların rolunun artdığına və onların hüquqlarının dövlət tərəfindən qorunduğuna dair fikirlərinə istinad edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 17:41
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56

