/ / Azərbaycan Xarici İşlər Nazirliyi ilə Honduras Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında protokol imzalanıb
Azərbaycan Xarici İşlər Nazirliyi ilə Honduras Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında protokol imzalanıb
09.05.2014 [10:00]
Mayın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Honduras Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında protokol imzalanıb.
Sonra nazirlər mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. O, Azərbaycanın Honduras və digər Mərkəzi Amerika ölkələri ilə əlaqələrinin inkişafında yeni səhifənin açıldığını diqqətə çatdırıb.
Elmar Məmmədyarov Mireya Aquero de Korralesə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ölkəmizin mövqeyi barədə də məlumat verdiyini söyləyib. O, Hondurasın bu problemin həlli ilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib.
Mireya Aquero de Korrales Hondurasın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensialın mövcudluğunu qeyd edib. O deyib ki, indiyədək hər iki ölkə beynəlxalq təşkilatlarda əməkdaşlıq edirdi. Lakin indi birbaşa əlaqələr qurmaq üçün iş planı tərtib edilib. “Hazırda ölkələrimiz arasında ikitərəfli faydalı əməkdaşlıq inkişaf edir. Hesab edirik ki, münasibətlər çox əhəmiyyətli müstəviyə keçə bilər. Biz Azərbaycanın Latın Amerikasındakı mövqeyini yüksək qiymətləndiririk. Münasibətlərin necə vacib və faydalı olduğunu görürük. İki ölkə arasında maliyyə, neft-qaz, infrastruktur, sərmayələrin qoyulması və digər sahələrdə əməkdaşlıq müzakirə olunmuşdur”, - deyə honduraslı nazir bildirib.
Mireya Aquero de Korrales Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib ki, ölkəsi bu problemin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT-nin müvafiq qətnamələri əsasında həll edilməlidir. Honduraslı nazir beynəlxalq birliyin bu işğala, zəbt edilmiş ərazilərdən köçürülmüş insanların vəziyyətinə reaksiya verməsinin zəruriliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

