/ / Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub
14.05.2014 [09:12]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ər-Riyad şəhərində keçirilən Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Səud Əl-Feysəl ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkürünü ifadə edib.
Şahzadə Səud Əl-Feysəl Səudiyyə Ərəbistanının qəti siyasi iradəyə malik olaraq, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırıb.
Səud Əl-Feysəl Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu deyib. O, Azərbaycanın müasir inkişafının ölkəsini sevindirdiyini diqqətə çatdırıb.
Elmar Məmmədyarov Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası dövlətləri, xüsusilə Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib, ölkələrimiz arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun təşəbbüskarı və ev sahibi kimi Səudiyyə Ərəbistanı Krallığı Hökumətinin səylərini yüksək qiymətləndirdiyini qeyd edən Elmar Məmmədyarov Forumun Ərəb Dövlətləri Liqası, Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını və Azərbaycanın bu Forumun işində fəal iştirak etdiyini vurğulayıb.
İqtisadi-ticari əlaqələrin inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyətə malik olduğunu deyən Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars dəmir yolu və Azərbaycanın nəqliyyat infrastrukturu imkanları barədə danışıb.
Görüşdə beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin səfərbər edilməsinin vacibliyi qeyd edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

