Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rikardo Miqliori: İnsanların doğma yurd-yuvalarından didərgin düşmələri birbaşa onların hüquqlarının pozulmasına aid məsələdir

Rikardo Miqliori: İnsanların doğma yurd-yuvalarından didərgin düşmələri birbaşa onların hüquqlarının pozulmasına aid məsələdir

16.05.2014 [10:30]

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikardo Miqliori ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Bahar Muradova Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər ki, bu da ikitərəfli münasibətlərin inkişafına öz təsirini göstərir.
Bahar Muradova Rikardo Miqliorinin ATƏT PA-ya sədrlik etdiyi illəri bu qurumun inkişafında əhəmiyyətli dövr kimi səciyyələndirib. O, R.Miqliorinin həmin dövrdə bütün əhəmiyyətli beynəlxalq hadisələrə operativ münasibət bildirməsini, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasını və Azərbaycana qarşı həmişə obyektiv mövqedə olmasını yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, onun timsalında Azərbaycanın İtaliyada böyük bir dostu var.
Parlament diplomatiyasının əhəmiyyətindən danışan Bahar Muradova qeyd edib ki, ATƏT-in məşğul olduğu regional münaqişələrin həllində səylər gücləndirilməli, konkret nəticələrə nail olunmalıdır.
R.Miqliori Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın sürətli inkişafından danışan qonaq Avropanın enerji təhlükəsizliyinin təminində ölkəmizin gündən-günə artan rolunu xüsusi qeyd edib. ATƏT-in ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyətli irəliləyişə nail olmadığını bildirən R.Miqliori deyib: “Bizi ən çox narahat edən məsələ insanların öz doğma yurd-yuvalarından didərgin düşmələridir. Çünki bu, birbaşa insan hüquqlarının pozulmasına aid məsələdir”.
ATƏT PA-nın sabiq sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bundan sonra da əlindən gələni edəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı ATƏT-in Azərbaycanda keçiriləcək növbəti sessiyası və digər mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatı, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT PA-nın sabiq sədri Rikardo Miqliori ilə görüşüblər.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 769 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31