Ramiz Mehdiyev: Morninqstarın Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb
24.05.2014 [11:29]
“Görünür, bu müddət ərzində səfir bir həqiqəti dərk etməyib ki, Azərbaycanın lideri yüksək ton, təhdid və şantajı qəbul etmir”
“Heç kim unutmamalıdır ki, Konstitusiyaya əsasən ölkənin müstəqilliyinin qarantı Azərbaycan Prezidenti İlham Əliyevdir. Heç bir xarici qüvvə müstəqilliyimizin təminatçısı qismində çıxış etməyib, etmir və etməyəcək”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Teleqraf Agentliyinə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev deyib.
R.Mehdiyev səfiri Azərbaycana görə narahat olmamağa çağırıb: “Qoy, Morninqstar bizə görə narahat olmasın. Azərbaycanın inkişafının hazırkı səviyyəsi, iqtisadiyyatın artımı və dövlətçilik institutlarının möhkəmləndirilməsi bizə xalqın dəstəyinə arxalanaraq ölkənin müstəqilliyini qorumağa imkan verir. Ölkələrin müstəqilliklərinə həmişə dünyanı təkbaşına idarə edənlərdən təhlükə gəlib. Bu gün isə vəziyyət fərqlidir”.
PA rəhbəri deyib ki, diplomatların vəzifəsi qapıları açmaqdır, gedərkən onları çırpmaq deyil: “Bunu hər kəs edə bilər, lakin əgər üzərinizə diplomat missiyası qoyulubsa, zəhmət çəkin onu məsuliyyət və halallıqla icra edin. Regiondan getməklə və digər təxribatçı fikirlərlə Azərbaycanı şantaj etməyə ehtiyac yoxdur. Şantaj və təhdid dili ilə etibar qazanmaq mümkün deyil. Münasibətləri bərabərhüquqlu əsasda qurmaq və dövlət müstəqilliyini boğmaq siyasətinə ümid etməmək daha yaxşı deyilmi?”.
Ramiz Mehdiyev səfir Morninqstarın Azərbaycan Prezidenti İlham Əliyevi 19 ildir tanıdığı barədə fikirlərini də xatırladıb: “Görünür, bu müddət ərzində səfir bir həqiqəti dərk etməyib ki, Azərbaycanın lideri yüksək ton, təhdid və şantajı qəbul etmir. Əks halda, səfir Azərbaycandakı vəziyyətlə bağlı qeyri-korrekt fikirləri səsləndirməyi özünə rəva bilməzdi. Biz yalnız bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazırıq, dövlətlərarası münasibətlərin digər formaları bizim üçün qəbulolunmazdır. Mən şübhə etmirəm ki, Vaşinqtonda Azərbaycanla bağlı siyasəti Azərbaycanı tərk etməyin onlara hansı geosiyasi əvəz ödəməyin lazım olduğunu yaxşı dərk edən sağlam düşüncəli və təcrübəli siyasətçilər müəyyənləşdirir. Bunu Avropa Birliyi ölkələrində də yaxşı anlayırlar. Beynəlxalq məsələlərin hazırkı durumunu nəzərə alsaq, ABŞ səfirinin mövqeyi olduqca qeyri-ciddi səslənir”.
R.Mehdiyev münasibətlərin gələcəyi ilə bağlı da fikirlərini bölüşüb: “Düşünmürəm ki, ABŞ çox danışan səfirin məsuliyyətsiz bəyanatlarına görə, Avropanın enerji təhlükəsizliyinin bağlı olduğu Azərbaycanla münasibətləri korlayacaq. Razılaşın ki, ABŞ diplomatiyasının ənənəvi praqmatizmi buna imkan verməyəcək. Morninqstara gəldikdə isə, mənim fikrimcə, onun Azərbaycanda səfir kimi fəaliyyəti alınmayıb”.
PA rəhbəri bildirib ki, Azərbaycanın xarici siyasəti ətraf ölkələrlə sülh və qonşuluq münasibətlərinə əsaslanır: “Biz onların daxili işlərinə qarışmırıq və özümüzə qarşı da eyni münasibəti tələb edirik. Rusiyaya gəldikdə isə bu ölkə bizim yaxın qonşumuzdur və onunla münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman xüsusi vektor olub. Ölkələrimiz arasında qarşılıqlı anlaşma var və Dağlıq Qarabağ problemi istisna olmaqla, hər hansı həll olunmamış məsələ yoxdur. Yaranan problemlər yalnız danışıqlar və bərabərhüquqlu dialoq yolu ilə həll olunur. Hazırda Rusiya ilə Azərbaycan arasında hansısa gərginliyin olmasını düşünmək obyektivlikdən uzaq olardı. Halbuki, istər ölkə daxilində, istərsə də xaricdə müəyyən qüvvələr tərəfindən Azərbaycanla Rusiya arasındakı münasibətləri dəfələrlə korlamaq cəhdləri olub. Lakin iki ölkə rəhbərlərinin müdrikliyi və qarşılıqlı etibarı hesabına bu cür təxribatlar uğursuzluqla nəticələnib”.
R.Mehdiyev deyib ki, səfir Morninqstar Azərbaycanın cənubda İranla, şimalda isə Rusiya ilə qonşuluğunun ölkəmizə təhlükə yaratdığını qeyd edib: “Amma nədənsə o, Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükəni unudub. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Azərbaycanın ərazi bütövlüyünə əsas təhlükə olmaqla yanaşı, regionda barıt çəlləyi rolunda çıxış edir. ABŞ-ı bu narahat etməlidir, qonşumuzun kim olması yox. Erməni qəsbkarları torpaqlarımızdan çəkilməyincə, regionda hərbi münaqişənin başlanma təhlükəsi qaçılmazdır”.
PA rəhbəri səfirə bəzi suallar da ünvanlayıb: “Əgər ABŞ doğrudan da özünü müstəqilliyin təminatçısı hesab edir və bizi düşünürsə, nəyə görə bu vaxtadək 907-ci düzəlişi ləğv etməyib? Doğrudur, Vaşinqton onu müvəqqəti dayandırıb, lakin amerikalılar səmimi olaraq ikitərəfli münasibətlərin inkişafında maraqlıdırsa, niyə bu düzəlişi birdəfəlik ləğv etmirlər? Yaxud da niyə ABŞ işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılması üçün Ermənistana təsir etmir? Axı elə hallar olub ki, ABŞ maraqları tələb etdiyi halda dərhal praktiki addımlar atmağa başlayıb. Məsələn, Liviyada. ABŞ və NATO BMT TŞ-nin sənədinin mürəkkəbi qurumamış suveren dövlətə qarşı hərbi əməliyyata başladı. Bir saat içində müvafiq qərar qəbul edildi və operativ şəkildə icra olundu. Yaxud da İraq və keçmiş Yuqoslaviyanı yada salaq. Orada ABŞ BMT TŞ-nin qərarlarını gözləmədən güc tətbiq etdi. Bəs onda nəyə görə ABŞ Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüququn pozulmasına bu qədər laqeyddir? Düşünürəm ki, ABŞ səfiri, ilk növbədə, Azərbaycan ictimaiyyətinə məhz bu məsələləri izah etməli idi. O məsələlər ki, həm də onun ölkəsinin günahı ucbatından artıq 20 ildir öz həllini tapmır”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri daha sonra vurğulayıb ki, baş verənlər Azərbaycanın inkişaf yolunun doğruluğunu sübut edir: “Demokratiya çox uzunmüddətli və yetərincə mürəkkəb prosesdir. Demokratiyaya can atmaq lazımdır, lakin bu, səliqəli və detallı şəkildə düşünülmüş olmalıdır. Avantüra və emosional can atma, xaricdən qızışdırılan qüvvələr heç vaxt ölkədə sabitlik və inkişafın bərqərar olmasına kömək etməyəcək. Bu dərsləri artıq neçə illərdir mənimsəyirik. Qərbin Maydandakı faciəvi proseslərdə fəal iştirakı göz qabağındadır. Qərb nümayəndələri destruktiv qüvvələri qanunsuz əməllərə açıq təhrik edirdilər, Kiyevdə qanuni hakimiyyətə qarşı etiraz aksiyalarında iştirak edirdilər, nümayişçiləri dəstəkləyirdilər, Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviçə qarşı sanksiyalarla hədələyirdilər. Bütün bu addımları suveren dövlətin daxili işlərinə bilavasitə kobud müdaxilə kimi xarakterizə etmək olar. ABŞ və Avropa Birliyi prezident Yanukoviçin devrilməsi və hakimiyyətə onların maraqlarına cavab verən qüvvələrin gəlməsi üçün səylər göstərdiklərini gizlətməyiblər. Və onlar buna 1990-cı illərin əvvəllərindən hazırlaşırdılar. Təsadüfi deyil ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi V.Nuland bəyan edirdi ki, ABŞ hökuməti 1991-ci ildən Ukraynada demokratik proseslərə 5 milyard dollar xərcləyib. Lakin təcrübə göstərir ki, əksər hallarda belə pullar dağıdıcı qüvvələrin formalaşmasına xərclənir. Qərbin Ukraynada maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının və milliyyətçi qüvvələrin fəaliyyətinin hansı faciəyə gətirib çıxardığı hər kəsə məlumdur”.
Ramiz Mehdiyev deyib ki, müxtəlif vaxtlarda Azərbaycan hakimiyyətinə də müəyyən qüvvələr tərəfindən oxşar ssenariləri ölkəmizdə reallaşdırmaq cəhdləri barədə məlumat daxil olub: “Ekspert və analitiklərin fikrincə, 2013-cü ilin yazında “Facebook inqilabı”na 3 milyon dollardan çox pul xərclənib. Bu “inqilab” altında nəyin gizləndiyini anlamamaq üçün siyasi cəhətdən savadsız olmaq lazımdır. Bütün ərəb dünyası gözümüzün qabağındadır.
Bu və ya digər ölkədə demokratik institutların bərqərar olmasına yardım göstərmək yaxşı işdir. Ancaq “təsir agentləri” yaxud da “beşinci kolon” xarici dövlətlərin xüsusi xidmət orqanlarının qoyduğu vəzifələri yerinə yetirərkən yox, yalnız bu niyyətlər vətəndaş cəmiyyətinin maraqlarına xidmət edəndə”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Maydan hadisələri ölkələrin daxili işlərinə qarışmağın və onları qonşuları ilə münaqişəyə sürükləməyin hansı faciəvi nəticələrə gətirib çıxardığını göstərdi: “Təbii inkişaf dinamikasını pozmaq və demokratiyanı zorakı vasitələrlə bərqərar etmək olmaz. Güc yolu ilə demokratik tranzit strategiyasının demokratik institutların inkişafına gətirib çıxarmayacağını, əksinə daha çox gözlənilməz nəticəsi olan yeni münaqişələrə səbəb olacağını dərk etmək vacibdir. Bu cür təcrübə həmişə təşəbbüskarlar üçün qanlı olur. Bu gün Ukrayna dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzədir, lakin Qərb tərəfindən münaqişənin nizamlanması üçün praktiki addımlar müşahidə olunmur. Ukraynanın siyasi və kriminal qruplarını demokratik inqilaba çağıranlar və buna xeyli vəsait ayıranlar hardadır?”.
R.Mehdiyev bildirib ki, Qərb “göz qoyduğu” ölkələrdə mövcud hakimiyyətdən necə xilas olmaq, Qərbi qane etməyən hakimiyyəti hansı yollarla devirmək və inqilab etməklə bağlı öz əlaltılarına aktiv təlimatlar verir: “Lakin “beşinci kolon” işə düşən kimi, dərhal özünün təbliğat arsenalını nəzarət etdiyi dağıdıcı qrupların dəstəklənməsi üçün səfərbər edir”.
PA rəhbəri Ramiz Mehdiyev səfiri Azərbaycanla bağlı narahat olmamağa çağırıb: “Biz çoxdandır özümüz üçün lazımi nəticələri çıxarmışıq, özü də heç də ən pis olmayanları. Daha doğrusu, biz özümüz üçün bu nəticələri hələ 2003 və 2005-ci illərdə çıxarmışıq. Tarix təkrarlanır və biz bu qanunauyğunluğu növbəti dəfə bugünkü dəhşətdən hələ uzun müddət özünə gəlməyəcək Ukraynanın timsalında müşahidə edirik”.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

