Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

28.05.2014 [13:01]

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağı salamlayan Ali Məclisin Sədri səfiri Naxçıvan Muxtar Respublikasında görməyindən məmnunluğunu ifadə edib.
Respublika Günü münasibətilə Ali Məclisin Sədrinə təbriklərini çatdıran səfir Möhsün Pakayin Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu bildirib. Qonaq hər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
Ali Məclisin Sədri ölkələrimiz arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb, bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm əhəmiyyət daşıdığını bildirib. Ali Məclisin Sədri ikitərəfli münasibətlərin inkişafı istiqamətində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə inamını ifadə edib, səfirə işlərində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31