Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda nümunəvi humanizm siyasəti həyata keçirilir

Azərbaycanda nümunəvi humanizm siyasəti həyata keçirilir

31.05.2014 [09:34]

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu günlərdə növbəti Əfv Sərəncamını imzalayıb. Sərəncam ümumilikdə, 171 nəfərə şamil olunub, onlardan 157 nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv olunanlar içərisində Azərbaycan vətəndaşları ilə yanaşı, xarici ölkə vətəndaşları da var. Əfv sərəncamlarının adətən müxtəlif bayramlar öncəsi imzalanması isə cəmiyyətdə xüsusi əhval-ruhiyyə yaradan hadisədir. Çünki bayramları, əlamətdar günləri yaxınları, əzizləri ilə keçirmək hər bir insanın arzusudur. Bu səbəbdən də, əfv olunan vətəndaşların evlərində bayram sevincinin ikiqat artması şübhəsizdir.
ULU ÖNDƏR AZƏRBAYCANDA MƏHKUMLARIN ƏFVİ ƏNƏNƏSİNİ FORMALAŞDIRIB
Ümumiyyətlə, humanizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli isə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu Öz fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Əfv Məsələləri üzrə Komissiya ilə əvəz olunub. Bu, ondan irəli gəlirdi ki, Ulu öndər səhvə yol verən insanın islah olunmasında təkcə cəzalandırma ilə yanaşı, bağışlama prinsipinin təsir gücünü düzgün qiymətləndirirdi. Ümummilli lider Heydər Əliyev məhkumların bağışlanması ənənəsini formalaşdırmaqla onlara etimad göstərdiyini sübuta yetirirdi.
Buradan da, əfv sərəncamlarının əxlaqi, mənəvi-psixoloji, ictimai faydası özünü təsdiq edir. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen durumun stabilliyinə, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinin azaldılmasına təsir göstərən faktor kimi çıxış edir.
1995-2003-cü İLLƏRDƏ 7 AMNİSTİYA AKTI, 32 ƏFV FƏRMANI QƏBUL EDİLİB
Azərbaycanda məhkumların əfv olunması həm ölkə Prezidentinin imzaladığı Fərman və sərəncamlar, həm də Milli Məclisin qəbul etdiyi amnistiya aktları əsasında həyata keçirilir. Qeyd olunduğu kimi, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb, 1995-2003-cü illərdə 7 Amnistiya aktı və 32 Əfv Fərmanı qəbul edilib. Amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ümummilli lider Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.
AZƏRBAYCANDA İMZALANAN ƏFV SƏRƏNCAMLARI 6 minə yaxın insana şamil edilib
Sevindirici haldır ki, Ulu öndərin əsasını qoyduğu ənənələr bu gün də davam etdirilir. Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Prezident İlham Əliyevin hər il imzaladığı əfv sərəncamları minlərlə ailəyə sevinc gətirir. Dövlət başçısının milli bayramlar, əlamətdar günlər ərəfəsində məhkumların əfvi ilə bağlı sərəncamlar imzalaması sayəsində, ümumilikdə, 1995-ci ildən indiyədək belə sərəncamlar ümumilikdə 6 minə yaxın insana şamil edilib.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə qəbul edilən amnistiya aktlarının sayı 10-a yüksəlib. Bu amnistiya aktları ümumilikdə 100 mindən artıq şəxsə şamil edilib. Sonuncu belə amnistiya aktı ötən il ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 7-də Milli Məclisdə qəbul edilib. Bu amnistiya aktı ilə 3 min məhkum azad edilib, 7 minə yaxın şəxs isə digər cəza növlərindən azad olunub, yaxud cəzaları azaldılıb.
Qeyd edək ki, bu, Mehriban xanım Əliyevanın ilk belə təşəbbüsü deyil. Azərbaycanın birinci xanımı əvvəlki illərdə də Milli Məclisdə amnistiya təklifləri ilə çıxış edib və Onun təşəbbüsü əsasında qəbul edilən Amnistiya aktlarının tətbiqi sayəsində minlərlə məhbus azadlığa qovuşub. Xatırladaq ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş 8 may 2007-ci il tarixli qərarla 9877 məhkum barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. Qeyd olunan amnistiya aktları cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah olunmalarını stimullaşdırıb, ölkə əhalisi tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
HUMANİST SİYASƏTƏ GÜCLÜ İCTİMAİ DƏSTƏK VAR
Əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək əhval-ruhiyyə ilə qarşılanır. Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin sədri Kamil Səlimov dövlət başçısının növbəti humanist addımının cəmiyyət həyatı üçün faydalı olduğunu söyləyib: “Bu, olduqca humanist addımdır. Demokratik bir ölkə kimi, Azərbaycanda şəxsiyyətin cəzalandırılmasına yox, profilaktikaya, yəni cinayətin törədilməsinin qarşısının alınmasına üstünlük verilir. Bu Sərəncam nəinki məhbuslar və onların yaxınları, bütövlükdə cəmiyyət tərəfindən müsbət qarşılanır”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı isə ölkə rəhbərinin bu humanist addımını alqışladığını deyib: “Bildiyimiz kimi, dövlət başçısı hər il bir sıra məhkumların əfv olunması ilə bağlı sərəncamlar imzalayır və bu, əsasən, bayramlar ərəfəsində baş verir. Bu dəfə də Respublika Günü ərəfəsində növbəti Əfv Sərəncamı qəbul edildi. Təkcə əfv olunan məhbuslar və onların yaxınları deyil, bütün ictimaiyyət bu addımı alqışlayır. Bu Sərəncam Azərbaycanda humanist siyasətin həyata keçirildiyini təsdiq edir”.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31