/ / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib
20.01.2015 [10:07]
Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə danışıb.
Bildirib ki, Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib. 20 Yanvar faciəsi zamanı həlak olan dinc sakinlərin içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, xalqların nümayəndələri də var idi. Bu, bir daha göstərir ki, azərbaycançılıq ideyası ölkəmizdə yaşayan bütün xalqlara məxsus ideyadır.
Qeyd edilib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri müstəqilliyə aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsidir. Günahsız insanların qətli ilə nəticələnən bu faciəyə ilk dəfə siyasi-hüquqi qiyməti Ulu öndər Heydər Əliyevin verdiyini və Onun hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyini vurğulayan M.Qurbanlı bildirib ki, bu, informasiya blokadasının olduğu çətin bir vaxtda olduqca vacib addım idi.
Mərasimdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Azərbaycan xalqı 20 Yanvar hadisələrinin nəticələrini, bu nəticələrdən doğan kədəri, təəssüfü, acını, eyni zamanda, etirazı artıq 25 ildir daxilində gəzdirir və minilliklər boyu üzləşdiyi çətinliklər kimi bu çətinliyi də çox böyük iradə və cəsarətlə dəf edir. 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinin qanlı həyat səhifələrindən biridir, eyni zamanda, şanlı səhifəsidir. Bu tarixin arxasında bir xalqın, bir millətin milli azadlıq ideyalarının fəaliyyətini, fədakarlığını və qəhrəmanlığını yada salırıq. Hər dəfə də çox böyük qürur hissi ilə bu ideyalardan doğan qəhrəmanlığı fəxarətlə qeyd edirik. Hər bir xalq öz müstəqilliyinə qovuşmaq üçün əsrlərlə mübarizə aparır, kimlərsə onu qoruyub saxlaya bilir, kimlərsə itirir. Azərbaycan da müstəqilliyini bir neçə dəfə itirib-qazanan ölkələrdən biridir.
Bahar Muradova zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycanın bütün sınaqlardan uğurla çıxdığını, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün dünyada öz sözünü deyən ölkələr sırasına daxil olduğunu vurğulayıb.
Digər çıxış edənlər bildiriblər ki, milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

