Azərbaycanın inkişafı bir çox sahələrdə yeni-yeni uğurların əldə edilməsinə təkan verib
04.02.2015 [10:16]
Əli Həsənov: Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir
Hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın ötən 11 il ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün siyasətlə əlaqədardır. Başqa sözlə desək, ölkəmizin sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir. Bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Şübhəsiz, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında da əks olunur.
Digər tərəfdən, məhz düşünülmüş, məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan bütün sahələrdə uğurlar qazanır. Bu uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də özünü göstərir. Eyni zamanda, ölkəmiz bir sıra yeniliklərə imza atmaqla bir daha dinamik inkişaf yolunda olduğunu nümayiş etdirir. Bunlardan biri də “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşr edilməsidir. Xatırladaq ki, Prezident İlham Əliyevin 2011-ci il 20 aprel tarixli Sərəncamına əsasən hazırlanan bu fundamental nəşr ölkəmiz haqqında mühüm informasiya mənbəyi, analitik material, sosial-iqtisadi inkişaf üçün tələb olunan biliklərin məcmusudur. Bu nəşrin əhəmiyyətini vurğulayan Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, beynəlxalq təcrübə göstərir ki, milli atlasları yalnız müstəqil dövlətlər hazırlayır: “Hazırda dünyadakı 200-dək dövlətdən təxminən yarısının atlası yoxdur. Qərb ölkələri bu prosesi hələ ötən əsrin 70-90-cı illərinin ortalarından başlayıblar. Biz postsovet ölkələri arasında 5-ci ölkəyik ki, Milli Atlasımızı buraxırıq. Bizdən əvvəl Rusiya, Belarus, Ukrayna və Qazaxıstan milli atlaslarını hazırlayıblar. Təbii ki, Azərbaycanın Milli Atlasının ərsəyə gəlməsi həm dövlət müstəqilliyimizin bizə bəxş etdiyi tarixi nailiyyət, həm xalqımızın yüksək intellektual potensialının göstəricisi, həm də son illər sosial-iqtisadi sahədə qazanılan uğurların nəticəsidir”.
Yeri gəlmişkən, Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan Milli Atlasının tərtibatında 2 süni peykimizin imkanlarından da istifadə olunduğunu diqqətə çatdırıb. Heç şübhəsiz, bunu da ölkəmizin hərtərəfli inkişafının növbəti təsdiqi kimi dəyərləndirmək olar. O mənada ki, hazırda Azərbaycan dünyanın kosmik dövlətləri ilə bir sıradadır. Yəni, bu faktın özü ölkəmizin nə qədər inkişaf etdiyinin bariz göstəricisi hesab oluna bilər. Çünki müasir dövrümüzdə hər bir ölkənin inkişafının bu və ya digər dərəcədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf və tətbiq səviyyəsi ilə bağlı olduğu heç kəsdə şübhə doğurmur. Bu baxımdan informasiya-kommunikasiya sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycanın yeni inkişaf paradiqmalarından biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni texnologiyaların, o cümlədən, İKT sferasının inkişafı Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və ölkəmizin gələcəyini təmin edəcək.
Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar, eləcə də, ölkə Prezidentinin 2010-cu ildə imzaladığı digər bir Sərəncama əsasən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan artıq kosmik sənayesi olan ölkədir”. Ölkəmizin ilk peyki olan “Azerspace-1” 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Ötən il isə daha bir süni peykimiz istismara verilib. Yəni bu, o deməkdir ki, Azərbaycan artıq kosmos ölkəsi kimi özünü təsdiq edib. Bu mənada Milli Atlasın nəşr edilməsində süni peyklərimizin xidmətindən istifadə olunması bu faktın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.
Ümumiyyətlə, Milli Atlas cəmiyyətimiz üçün bir neçə aspektdən önəmli olacaq. İlk növbədə, Atlas vətəndaşlar, xüsusilə də gənc nəsil üçün maarifləndirici funksiya daşıyır. Belə ki, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, təbii sərvətlərimiz barədə dəqiq məlumatlar və doğru biliklər əldə etmək, ölkəmizin hər bir güşəsini daha yaxından tanımaq imkanı yaranacaq. Ən əhəmiyyətli məqamlardan biri də odur ki, Milli Atlas Azərbaycan həqiqətlərini, o cümlədən, Qarabağla bağlı həqiqətləri dünyaya təqdim edəcək. Əli Həsənovun vurğuladığı kimi, Atlas Azərbaycanın milli maraqlarının qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli işinə də öz mühüm töhfəsini verəcək: “Ermənistan və erməni diasporu uzun illərdən bəri müxtəlif saxta xəritələr hazırlayaraq onlardan ölkəmizə və xalqımıza qarşı geniş istifadə edirlər. Azərbaycanın Milli Atlasının nəşr edilməsi, xarici ölkələrə, beynəlxalq təşkilatlara və tanınmış kitabxanalara göndərilməsi regionun tarixi və coğrafiyası, burada gedən proseslərin mahiyyəti ilə bağlı erməni yalanlarının ifşasına əlavə imkanlar yaradacaq”.
PA rəsmisinin fikrincə, bu baxımdan Atlasın tarix bölməsinə geniş materialların yerləşdirilməsi müsbət haldır. Azərbaycanın müxtəlif dövrlərdə hazırlanan kartoqrafik materiallarındakı təsvirlər, bu torpaqlarda yaranan qədim dövlətlər və abidələr haqqında xəritələr mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, xəritələr 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin kütləvi köçü, münaqişələrin və qırğınların baş verdiyi məkanlar, etnik təmizləmələr və işğal edilmiş ərazilər barədə ətraflı təsəvvür yaradılması üçün olduqca faydalıdır. Atlasda Azərbaycanın sosial-iqtisadi göstəricilərini əks etdirən bölmələr xüsusi sahələr üzrə təqdim olunur. Xəritədə cədvəllər və digər materiallar sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman və s. sahələrdə respublikanın dinamik inkişafını izləməyə imkan verir.
Beləliklə, göründüyü kimi, Milli Atlasın nəşr olunması çox mühüm hadisədir. Bu nəşr bir daha Azərbaycanı dünyaya təqdim edəcək. Ən vacib məqam isə odur ki, dünyada erməni yalanlarının və saxtakarlığının ifşa olunması baxımından da Milli Atlas müstəsna əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

