Ankarada keçirilən tədbirdə Xocalı soyqırımını törədənlərin cəzasız qalmaması tələb olunub
27.02.2015 [01:05]
Ermənilərin 23 il əvvəl xüsusi qəddarlıqla törətdikləri soyqırımının qurbanlarının xatirəsi Ankaranın Qızılcahamam rayonundakı Xocalı muzey kompleksində təşkil olunan tədbirdə yad edilib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvarın müraciəti oxunub. Müraciətdə Türkiyənin Xocalı soyqırımının ağrı və acısını bölüşdüyü qeyd olunub.
Ölkəmizin Ankaradakı səfirliyinin yerli bələdiyyə ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, ermənilər həm Osmanlı dövlətinə, həm də Azərbaycana onların ən zəif olduqları dövrlərdə xəyanət ediblər, lakin bu gün getdikcə güclənən Azərbaycan və Türkiyə birgə addımlarla erməni yalanlarını bütün dünyada ifşa edir.
Diplomatik missiyamızın müşaviri Ceyhun Zeynalov çıxışında bildirib ki, Xocalı soyqırımını törədən erməni qəsbkarları beynəlxalq birliyin biganəliyinə görə hələ də cəzasız qalıblar. Ancaq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində son illərdə soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülüb.
Milli Məclisin üzvü, Xocalıda anadan olmuş Elman Məmmədov və digər Xocalı sakinləri tədbir iştirakçılarına qanlı gecənin dəhşətləri haqqında məlumat veriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və digər alimlər erməni qəsbkarlığının tarix boyu törətdiyi cinayətlər haqqında danışıblar.
Qızılcahamam bələdiyyəsinin sədri Muhiddin Güney isə Xocalı faciəsini bəşər tarixinin ən ağır cinayətlərindən biri kimi dəyərləndirib.
Tədbir çərçivəsində Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclər “Xocalıya ədalət!” kampaniyasının bu il elan etdiyi “Yalanla mübarizə üçün alov yandır” aksiyasına qoşulublar.
İştirakçılara “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış, Xocalı soyqırımı, digər bölgələrimizdə törədilən cinayətləri əks etdirən kitab, buklet və videomateriallar təqdim edilib.
Qeyd edək ki, Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Xocalı soyqırımının ildönümü ilə bağlı materiallara geniş yer ayırırlar.
İngilis dilində çıxan “Daily Sabah” qəzetinin sonuncu iki nömrəsində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, həmçinin Xocalı sakinləri ilə müsahibələr dərc olunub. Qəzetdə çıxan məqalədə Xocalı soyqırımı XX əsrin faciəsi kimi qiymətləndirilib.
“Yeni Çağ” qəzeti, “Əl-Cəzirə türk” elektron jurnalı, əksər televiziya kanalları da soyqırımının ildönümü ilə bağlı materiallar yayıblar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev və Xocalı soyqırımının canlı şahidi Rəhilə Quliyeva “TRT Türk” kanalının canlı efirində faciə ilə bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

