Gürcü ekspertlər anti-Azərbaycan dairələrin “piyada”sı rolunda...
03.04.2015 [09:57]
Əsas etibarilə, Azərbaycan əleyhinə neqativ beynəlxalq ictimai rəy yaratmaq məqsədi “Amnesty İnternational”, “Transparency İnternational”, “Human Rights Watch”, “Sərhədsiz reportyorlar” kimi təşkilatlarda fəaliyyət göstərən gürcü ekspertlər vasitəsilə reallaşdırılır
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır.
Azərbaycan pozitiv beynəlxalq imicə malikdir
Sadalananlarla yanaşı, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin, inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı hüquqi islahatların həyata keçirilməsidir. Bununla yanaşı, Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir. Mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, səmərəli beynəlxalq əlaqələrə malik olan, qlobal miqyasda etibarlı strateji tərəfdaş kimi tanınan ölkəmizdə ictimai-siyasi institutlar, o cümlədən, media qurumları qanunlar çərçivəsində sərbəst və azad fəaliyyət mexanizminə malikdirlər.
Ölkəmizə qarşı “qara piar” kampaniyasının arxasında nə durur?
Sadalanan pozitiv məqamlara və nailiyyətlərə baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr “demokratiya”, “insan hüquqları” kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Əslində, bu cür təzyiq mexanizmləri və “qara piar” kampaniyasının arxasında məhdud geosiyasi maraqlara malik olan subyektlər dururlar. Bu dairələr vaxtaşırı olaraq bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Şübhəsiz, bu kontekstdə Azərbaycan da istisna təşkil etmir.
Həmin dairələr ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, missioner təsisat və ya təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edirlər. Bu kontekstdə “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi təşkilatların qərəzli, subyektiv mülahizələrə əsaslanan bəyanatları, hesabat və çağırışları xüsusi rol oynayır.
Anti-Azərbaycan dairələrin “qara piar” kampaniyasında gürcü ekspertlərdən aktiv istifadə edilir
Ən maraqlısı odur ki, bəhs olunan bu və digər təşkilatların “qara piar” kampaniyasında gürcü ekspertlərdən fəal şəkildə istifadə olunur. Başqa sözlə, gürcü ekspertlər bu qərəzli kampaniyaya qoşulmaqla anti-Azərbaycan dairələrinin direktivlərini yerinə yetirir, ölkəmizə qarşı qeyri-obyektiv mövqe və məlumatlarla çıxış edirlər. Əsas etibarilə, Azərbaycan əleyhinə neqativ beynəlxalq ictimai rəy yaratmaq məqsədi müvafiq strukturlarda çalışan gürcü ekspertlər vasitəsilə reallaşdırılır. “Amnesty İnternational”ın əməkdaşı Natalia Nozadze, “Transparency İnternational”dan Georgi Çanturiya, Luka Kalandarişvili, Maqda Jimşeleişvili, Tamar Tatanaşvili, “Human Rights Watch” təşkilatından Georgi Qogia, “Sərhədsiz reportyorlar”dan İrakli Berulavanın fəaliyyəti bütünlüklə beynəlxalq ictimai rəydə Azərbaycan əleyhinə fikir formalaşdırmağa yönəlib.
Onu da qeyd edək ki, sözügedən ekspertlərin fikir və çağırışlarının yayımlandığı media qurumlarına, eləcə də bəyanatların məzmununa nəzər saldıqda görünür ki, gürcü ekspertlər anti-Azərbaycan dairələrinin “piyada”sı rolunda çıxış edirlər.
Qeyd edildiyi kimi, bu kampaniyada transmilli media strukturlarının xidmətlərindən də xüsusi olaraq istifadə edilir. Həmin media qurumları dezinformasiya xarakterli məlumatları və subyektiv mülahizələrə söykənən - ittiham xarakterli fikirləri gürcü ekspertlərə istinad edərək dövriyyəyə buraxmaqla “qara piar” kampaniyasına “töhfə”lər verir, bu məsələlərlə bağlı dünya ictimaiyyətini manipulyasiyaya məruz qoyurlar.
Əlbəttə, bu prosesdə - qərəzli kampaniyada gürcü ekspertlərdən istifadə olunması təsadüfi deyil. Çünki birincisi, anti-Azərbaycan dairələri qərəzli fikir və rəyləri gürcü ekspertlərin dili ilə dövriyyəyə buraxmaqla obyektivlik görüntüsü yaratmağa çalışırlar. İkincisi isə, bu, mühüm regional əməkdaşlıq modeli formalaşdırmış Azərbaycan və Gürcüstan arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır. Bütün hallarda Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu cür hallar, neqativ faktorlar münasibətlərin inkişafına xələl gətirə bilməz.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

