Bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır
10.04.2015 [10:08]
Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə uzun müddətdir müxtəlif istiqamətlərdə, o cümlədən terrorizmə, insan alverinə qarşı mübarizədə, cəmiyyətin demokratikləşməsi, tolerantlıqla bağlı məsələlərdə səmərəli əməkdaşlıq edir. Hesab edirik ki, bu əməkdaşlıq yüksək səviyyədədir.
Bu fikir Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun aprelin 9-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link ilə görüşündə səsləndirilib.
Əli Həsənov bildirib ki, 24 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanda hüquqi dövlət qurulub, demokratik prinsiplərə yiyələnmə, insan hüquqlarının qorunması prinsipləri üzərində ciddi işlər görülür. Əvvəllər demokratikləşmə, korrupsiyaya qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahələrində bizə iradlar tutulurdu. Baxın, 20 il, 10 il əvvəl bu sahələrdə vəziyyət necə idi, indi necədir? Biz müstəqilliyimizi təzə bərpa etmişik. Onun da böyük hissəsini Ermənistanın işğalçılıq siyasəti ilə mübarizədə keçirmişik. Ölkəmiz müharibə şəraitindədir, ərazimizin 20 faizi işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bütün bunlara baxmayaraq Azərbaycan inkişaf yolundadır, beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə əməkdaşlıq edir.
Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfər də olsun yoxsul insan qalmamalıdır. Əgər yoxsulluq həddi 10 il bundan əvvəl 49 faiz idisə, bu gün bu rəqəm 5 faizdir. Digər məqsəd isə bundan ibarətdir ki, 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq minimuma endirilməlidir. Bu gün artıq ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Daha bir məqsəd odur ki, korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət insan hüquqlarının qorunmasının beynəlxalq standartlara cavab verməsi ilə bağlıdır.
Komitə sədri bu gün Azərbaycandakı tolerantlıq ənənələrinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu bildirib.
Azərbaycanda keçirilən prezident və parlament seçkilərini müşahidə edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyalarının rəhbərləri ilə görüşlər keçirdiyini xatırladan Baş nazirin müavini bildirib ki, seçki prosesi zamanı aparılan müşahidələr ədalətli olmalıdır. Müşahidənin nəticələri burada yazılmalıdır, hazır gətirilməməlidir. Yəni, müşahidə aparan şəxslər gözləri ilə gördüklərini yazmalıdırlar. Bizim istəyimiz budur. 2013-cü ildə keçirilən prezident seçkiləri zamanı ATƏT/DTİHB-nin müşahidə missiyasının üzvləri də gördülər ki, artıq bu ədalətsizlikdən uzaqlaşmaq lazımdır. Nə qədər çalışsalar da ki, ədalətli olsunlar, amma yenə də müəyyən qeyri-obyektivlik oldu.
Baş nazirin müavini bildirib ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Əgər bütün bunlar baş verirsə cəmiyyətdə demokratik prinsipləri necə şəffaf formada həyata keçirmək olar? Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir.
Əli Həsənov hər il dünyada münaqişə zonalarının, qaçqınların sayının artdığını, güc baxımından zəif ölkələrə müdaxilələrin çoxaldığını qeyd edib. Əgər 30-40 il bundan əvvəl dünyada qaçqınların sayı 15-20 milyon idisə, bu gün onların sayı 60 milyona yaxındır. Otuz il bundan əvvəl münaqişə zonaları 30 ölkəni əhatə edirdisə, bu gün bunların sayı 74-dür.
Qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi bu gün Azərbaycanın ən əsas problemidir. Baş nazirin müavini deyib: “Bu münaqişənin həlli məsələsi ilə əlaqədar mən hər zaman ATƏT-i və digər beynəlxalq təşkilatları tənqid edirəm. Amma tənqid edərkən də münaqişənin həll edilməməsinin sizdən asılı olmadığını da bildirirəm. Bu yaxınlarda Küveytdə Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ilə görüşüm oldu. Həmin görüşdə də bildirdim ki, artıq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrinin qəbul edilməsindən 22 il keçib, niyə bu qərarlar icra olunmur?”.
Baş nazirin müavini bildirib ki, bu gün Ermənistan 4 yerdən idarə olunur - Ermənistanın separatçı rejimi, Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və Rusiya siyasətçiləri tərəfindən. Ona görə də bu, artıq yalnız Ermənistanla Azərbaycanın deyil, bütün dünyanın problemidir. Deyirlər ki, bu problemi Azərbaycan və Ermənistan öz aralarında həll etsin. Bu, çox səhv fikirdir və mümkün deyil. Ermənistanın hazırkı rejimi Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlib. Onlar özlərini “qəhrəman” kimi qələmə verdilər, bu gün də fəxrlə dünya ermənilərinə deyirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ona görə də onlar heç vaxt razılığa gəlməzlər.
Əli Həsənov bildirib ki, Azərbaycan münaqişənin həllini istəyir, müharibənin baş verməsini yox. Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməyə imkan verir. Əgər heç kim heç nə etmirsə, Azərbaycan bu hüququndan da istifadə edə bilər. Ancaq Azərbaycan xalqı müharibə istəmir.
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru kimi Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Mixael Link bu səfər çərçivəsində qaçqın və məcburi köçkünlərin problemləri ilə tanış olmaq istədiyini söyləyib. Çünki bu məsələ birbaşa insan hüquqları ilə bağlıdır. Əgər yüz minlərlə insan öz doğma torpağında yaşaya bilmirsə, bu, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu olaraq münaqişə nəticəsində meydana çıxmış problemlərin həlli istiqamətində səy göstərə biləcəklərini də vurğulayıb və bu məsələdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını deyib.
Səfəri çərçivəsində bir sıra önəmli görüşlər keçirdiyini bildirən qonaq bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı ATƏT/DTİHB-nin müşahidə missiyasını şəffaf və qərəzsiz şəkildə təşkil edəcəyinə əminliyini ifadə edib. Müxtəlif vaxtlarda Azərbaycanda olduğunu bildirən direktor ölkəmizdə sürətli inkişaf proseslərini müşahidə etdiyini deyib.
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

