Avropa Parlamenti daha bir qərəzli addım atdı
17.04.2015 [10:06]
Təşkilat uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməklə ikili standartlar və islamofob əhval-ruhiyyədə olduğunu göstərdi
Xəbər verildiyi kimi, aprelin 15-də Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümumavropa anımına dair qətnamə qəbul edilib. AP-nin Avropa Liberal Demokratlar Alyansı adından bir neçə parlamentarın qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümumavropa anımına dair irəli sürdükləri qətnamə layihəsinin müzakirələri ətrafında çıxış edən Avropa parlamentarlarının demək olar hamısı belə bir “soyqırımın baş verdiyini” iddia ediblər. Onlar Türkiyəyə və bu ölkənin hökumətinə qarşı müxtəlif ittihamlar səsləndirib, “soyqırımı” tanımağa və Ermənistanla münasibətləri normallaşdırmağa səsləyiblər. Ümumiyyətlə, iclasda iştirak edənlərin əksəriyyəti ermənilərin müdafiəçisi kimi çıxış ediblər. Onlardan heç biri Türkiyənin mövqeyini dəstəkləməyib, ermənilərin törətdikləri soyqırımlarla bağlı bir cümlə də səsləndirməyiblər.
Avropa Komissiyasının adından çıxış edən qurumun vitse-prezidenti Kristina Georgiyeva isə öz çıxışında “soyqırım” kəlməsini işlətmədiyi üçün bir neçə deputatın qəzəbinə tuş gəlib. Xanım Georgiyeva bu haqda suala cavab verərkən, “soyqırım” məsələsinin çox həssas olduğunu deyərək, Avropa İttifaqına üzv ölkələr arasında bununla bağlı birmənalı mövqeyin olmadığını bildirib.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri də AP-nin bu ədalətsiz qətnaməsini qətiyyətlə pisləyir. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, təşkilatın Alt komitəsinin sədri Sahibə Qafarova bildirib ki, AP-nin Azərbaycan və Türkiyə dövlətinə qarşı qəbul etdiyi bu qərar qeyri-obyektiv olmaqla yanaşı, tarixi faktların təhrif olunmasının, tarixin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin və ədalətsizliyin göstəricisidir. Sahibə Qafarova deyib ki, bu qərarın qəbulunun faktiki olaraq heç bir hüquqi qüvvəsi olmamasını nəzərə alsaq, bunun qondarma “erməni soyqırımı” iddialarının qəbulu baxımından prosesə hər hansı bir təsiri olmayacaq. Çünki bunlar sadəcə ermənilər tərəfindən irəli sürülən və dünya erməniliyinə xidmət edən bəzi siyasilərin dəstəklədiyi uydurma iddialardan başqa bir şey deyil: “Əgər belə olmasaydı, Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifinə müsbət cavab verərdi. Ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək. Təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa Parlamenti kimi bir qurum öz dəyər və kriteriyalarını ayaqlar altına ataraq bir qrup sifarişlə fəaliyyət göstərən siyasətçilərin məkrli niyyətlərinə alət olur. Bu hər şeydən əvvəl bu təşkilatın özünün nüfuzuna böyük zərbədir”.
Millət vəkili əlavə edib ki, bu qərarın qəbulu həm də onu göstərir ki, beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğu, bəzi Qərb dairələrində islamofobiya meyllərinin güclənməsi artıq reallıqdır. Bu qətnamənin qəbulu ilə AP bunu bir daha təsdiq edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, AP-nin uydurma “erməni soyqırımı” ilə bağlı qətnaməsi erməni lobbisinin təsiri ilə qəbul edilib: “Azərbaycan qardaş Türikyə ilə bütün məsələlərdə eyni mövqedən çıxış etdiyi kimi bu məsələdə də eyni fikirləri bölüşür. Bu sənəd hər iki dövlətin milli maraqlarına ziddir. Ümumiyyətlə, tarixə zidd olan, tarixi faktları əks etdirməyən bu qətnamə və bu tipli bəyanatlar qəbulolunmazdır”.
YAP-ın şöbə müdiri bildirib ki, son hadisə Avropa Parlamentinin nüfuzuna zərbə vurmaqla yanaşı, onun obyektivliyinə də ciddi şəkildə şübhələr yaradır.
Millət vəkilinin sözlərinə görə, tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır: “AP-nin qəbul etdiyi qətnamə isə regionda sülhə xidmət etmir, əksinə regiondakı atmosferin gərginləşməsinə əsaslar verir. Bütövlükdə, təşkilatın hadisələrə selektiv, reallıqlara fərqli yanaşması qəbuledilməzdir. Biz neçə illərdir ki, Xocalı soyqırımının dünyada tanınması üçün kampaniya aparırıq. Bu soyqırımının ermənilər tərəfindən hansı vəhşiliklərlə törədildiyi haqda konkret faktlar, real sübutlar var. Əgər AP obyekitiv təşkilatdırsa, bəs niyə onun Xocalı soyqırımı haqqında sənəd qəbul etməsini görmürük? Bu təşkilat uydurma “erməni soyqırımı” haqqında qətnamə qəbul etməklə obyektivlikdən uzaq bir addım atdığını təsdiqlədi. Amma belə sənədlər tarixi həqiqətləri dəyişdirə bilməz”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19

