“Heydər Əliyev - milli ləyaqət ölçüsü”
27.05.2015 [09:46]
Professor Zahid Qaralovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitabının təqdimat mərasimi keçirilib
Dünən professor Zahid Qaralovun Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - milli ləyaqət ölçüsü” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlər göstərdiyini bildirib. O qeyd edib ki, Heydər Əliyev irsi zəngin xəzinədir və ölkəmiz məhz Heydər Əliyev yolu ilə gedərək inkişaf edir. Ulu öndər Heydər Əliyev haqqında xeyli sayda əsərlər yazıldığını deyən təşkilat sədrinin sözlərinə görə, bu baxımdan, professor Zahid Qaralovun əsərləri olduqca əhəmiyyətlidir. Ş.Hacıyev deyib ki, “Heydər Əliyev - milli ləyaqət ölçüsü” kitabı Zahid Qaralovun Ulu öndərimiz haqqında sayca beşinci kitabıdır. Onun sözlərinə görə, bu, olduqca dəyərli bir kitabdır.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bu kitabın əhəmiyyətindən bəhs edib, onun Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə bir işıq saldığını deyib. Kitabın müəllifinin xalqımızın dəyərli ziyalısı olmasının da önəminə toxunan B.Muradova qeyd edib ki, Zahid Qaralov mübariz bir insan idi: “Biz bir müddət öncə heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı - Zahid Qaralovu itirdik. Yeni Azərbaycan Partiyasının ilk kərpicini qoyanlardan birinin, partiya quruculuğunda çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir. Zahid Qaralov Heydər Əliyev ideyalarının və idealının əbədiyaşar olması yolunda yorulmadan çalışan biri kimi yaddaşlarda və xatirələrdə yaşayacaq”.
B.Muradova qeyd edib ki, “Heydər Əliyev - milli ləyaqət ölçüsü” kitabında Zahid Qaralov Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü geniş şəkildə təqdim edir. “Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Bu yol Azərbaycanı xoşbəxt gələcəyə aparır və onun alternativi yoxdur”, - deyə vitse-spiker vurğulayıb.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev haqqında yazılan əsərlər arasında professor Zahid Qaralovun kitabları böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ulu öndərimizin hakimiyyətinin hər iki dövrü də Zahid Qaralovun tədqiqatlarının mövzusu olub. Zahid Qaralovu fədakar insan kimi xarakterizə edən Siyavuş Novruzov vurğulayıb ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın ağır durumunda Zahid Qaralov xilas yolu kimi məhz Heydər Əliyevin hakimiyyətə qayıdışını görürdü: “Buna görə də, o, Ulu öndərimizə müraciət edən 91 ziyalıdan biri idi. Zahid müəllim təkcə müraciətə imza atmayıb, bəzi ziyalıların da bu müraciətə imza atmasının təşəbbüskarı olub. YAP-ın Naxçıvanda keçirilən təsis konfransında da iştirak edən Zahid Qaralov həmin çətin zamanlarda Heydər Əliyevi Müdafiə Komitəsinin sədri idi”.
Siyavuş Novruzov Zahid Qaralovu möhkəm əqidəli, prinsipial və mübariz insan kimi xarakterizə edib.
YAP İcra katibinin müavini, həmçinin, Zahid Qaralovun Milli Məclisdəki fəaliyyətindən də bəhs edib və qeyd edib ki, bələdiyyələr haqqında qanunvericiliyin yaradılmasında onun müstəsna xidmətləri var.
Milli Məclisin deputatı Fəzail İbrahimli da çıxışında professor Z.Qaralovun xidmətlərindən danışıb: “Bu gün bu kitabı yazan, ərsəyə gətirən və içərisindəki, ruhundakı o istəkləri qələm vasitəsilə ifadə edən Zahid Qaralov, digəri isə Ümummilli lider Heydər Əliyevdir. Ulu öndər haqqında danışmaq, yazmaq kifayət qədər məsuliyyətli işdir. Z.Qaralov bu məsuliyyətin öhdəsindən layiqincə gəlib”.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərib: “Xalqın varlığı üçün onun milli-mənəvi dəyərləri qorunmalıdır. Ümummilli lider Heydər Əliyevin də məhz milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətləri olub. Azərbaycanı dünyada Ulu öndər Heydər Əliyev qədər tanıdan şəxs olmayıb”.
Prezident Administrasiyasının məsul əməkdaşı Xıdır Qaralov Ulu öndərin həyat və fəaliyyətindən, eləcə də, Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun inkişafının yollarını göstərən Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov vurğulayıb ki, bizim üçün dəyərli olan şəxsiyyət Zahid Qaralov uzun illər YAP Səbail rayon təşkilatına sədrlik edib: “İcra başçısı olduğum dövrdə Z.Qaralovla bir yerdə çiyin-çiyinə işləmişik. Mən onun biliyindən, tövsiyələrindən, bacarığından həmişə yararlanmışam. Bu şəxs həm ağsaqqal idi, həm də böyük insani keyfiyyətləri var idi. Onun fikirləri, tövsiyyələri bizlər üçün önəm kəsb edib. O, rayonumuzun inkişafı naminə görülən işlərdə hər zaman bizə dəstək olub”.
A.Əsgərov deyib ki, Z.Qaralovun Ulu öndər Heydər Əliyev haqqında yazdığı kitablar çox sanballı əsərlərdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

