ABŞ qəzetində Azərbaycan Dağ Yəhudiləri İcması sədrinin daimi bloqu yaradılıb
19.06.2015 [09:41]
Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə yəhudi qəzeti “Jewish Journal”da Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin daimi bloqu yaradılıb. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Azərbaycanın Dağ Yəhudiləri” adlı bloqda müəllifin ölkəmizdə yəhudilərin həyatını əks etdirən, eləcə də digər mövzularla bağlı məqalələri dərc olunacaq. Bloqun yaradılmasında əsas məqsəd Azərbaycan, xüsusilə ölkəmizin qədim tolerantlıq ənənələri və bu ənənələrin daha da gücləndirilməsi üçün respublikamızda görülən işlər barədə ABŞ ictimaiyyətinin məlumatlandırılmasıdır. Artıq bu səpkidə “28 May” adlı birinci məqalə dərc olunub. Məqalədə müəllif rəhbərlik etdiyi icma ilə Kaliforniyada yaşayan yəhudi icması arasında münasibətlərin qurulmasının tarixçəsindən və bu münasibətlərin inkişafından söz açıb. Milix Yevdayev cari ilin fevral ayında Los-Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın hədiyyə edildiyini vurğulayaraq bunu tarixi hadisə adlandırıb. Müəllif qeyd edib ki, bu, Azərbaycan dağ yəhudiləri və Los-Anceles yəhudiləri arasında güclü əlaqələrin qurulduğunu göstərir.
M.Yevdayev məqalənin sonunda Azərbaycanın dinlərarası harmoniya baxımından uyğun bir model olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanda yəhudilər əsrlərdən bəri hər hansı təqibə və ya ayrı-seçkiliyə məruz qalmadan yerli əhali ilə tam qarşılıqlı anlaşma, sülh və həmrəylik şəraitində yaşayırlar.
M.Yevdayevin məqaləsi qısa müddətdə geniş oxucu kütləsinin diqqətini cəlb edə bilib. Məqalənin yerləşdiyi bloqa oxucular müsbət şərhlər yazıblar.
Qeyd edək ki, “Jewish Journal” ABŞ-da internet vasitəsilə ən çox oxunan yəhudi qəzetidir. Onun aylıq 4,5 milyon oxucusu var.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

