Anti-Azərbaycan şəbəkənin Rebekka Vinsent problemi
23.06.2015 [09:31]
Milyonlarla vəsaiti göyə sovuran “Miledi” şəbəkəni “bəs sonra?” sualı ilə üz-üzə qoyub
Olimpiya Oyunlarına Qarşı Beynəlxalq Şəbəkə (CON) 2012-ci ildə təsis edilib (https://counterolympicsnetwork.wordpress.com/about/). Adı bir qədər çaşdırıcıdır, yəni, əslində, CON təmsilçiləri Olimpiadalara qarşı deyillər. Hədəfləri Olimpiya Oyunlarına sponsorluq edən transmilli korporasiyalardır. Başqalarından fərqli olaraq niyyətlərini gizlətməyən CON təsisçiləri açıq şəkildə bildirirlər ki, təşkilatlanmalarının səbəbi təmsil etdikləri şirkətlərin Olimpiya Oyunlarının sponsorları sırasına qatılmalarına nail olmaqdır (http://vse-o-sochi.ru/olympic-games-2014/423-aktivizirovalos-antiolimpiyskoe-dvizhenie.html): “İri şirkətlər Olimpiya Oyunlarına sponsorluq etməklə bir tərəfdən reklam olunurlar, digər tərəfdən isə burada öz məhsullarının satışını təşkil etməklə ikitərəfli qazanc əldə edirlər. Amma Olimpiya Oyunlarının sponsorluğu ənənəvi olaraq bir qrup transmilli korporasiyalara həvalə olunduğu üçün başqaları bu sıraya müdaxilə edə bilmirlər, nəticədə böyük maliyyə vəsaiti qazanmaqdan məhrum olurlar”.
İnternet saytlarındakı məlumatdan aydın olur ki, CON-u Olimpiya Oyunlarına sponsorluq edən ənənəvi şirkətlərin rəqibləri yaradıblar və məqsədləri sponsorlar sırasında yer tutmaqla yeni iqtisadi imkanlar əldə etməkdir.
CON 2012-ci ildə Londonda, 2014-cü ildə Soçidə Olimpiada keçirilən zaman aktivləşmək istəyib. Amma mövqeyi qeyri-ciddi qarşılandığı üçün səhnədən silinib. Mövzunu dəyişib ayaqda qalmaq üçün manevr də edə bilməyiblər. Məsələn, Soçi Olimpiadası ərəfəsində diqqət mərkəzinə gəlmək üçün Rusiyada “Çərkəzlərin soyqırımına məruz qalmasına qarşı kampaniya” keçirmək istəsələr də, populyarlıq qazana bilməyiblər. İnsan haqları müstəvisində oyun qurmaq cəhdləri baş tutmayıb. Uğursuzluqdan yaranan ruh düşkünlüyü toparlanmalarına imkan verməyib və 2015-ci il Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsində hər hansı bir aksiya planlaşdırmayıblar. Amma nə qədər künc-bucaqda qalmış olsalar da, Rebekka Vinsentin diqqətindən yayınmayıblar.
Bakı Oyunları ərəfəsində ABŞ-ın yönləndirməsi ilə anti-Azərbaycan kampaniyaya cəlb edilmiş 3 koalisiyaya, 12 QHT-yə, bir o qədər də KİV-ə koordinator təyin edilən bu xanım heç bir uğur qazana bilməyib və sonda “boğulmamaq üçün saman çöpünə əl atıb”. Rebekka Vinsent düşdüyü məğlub durumdan çıxmaq üçün iyunun 20-də CON-a üz tutub. “Tvitter” səhifəsindən CON-a ünvanladığı “Bakıda Oyunlar bitir, nə düşünürsüz?” sualını, əslində, bu xanımın düşdüyü durumun göstəricisi kimi şərh etmək mümkündür. Birinci Avropa Oyunlarının açılış mərasimində çıxış etmiş Ledi Qaqaya koordinatoru olduğu “İdman və İnsan haqları” koalisiyası adından müraciət göndərib Bakı əleyhinə ifadə almaq istəyən, istəyinə nail olmayınca CON kimi küncdə qalmış təşkilatlara üz tutan Vinsentin hərəkətləri məntiqi ardıcıllıqdan daha çox, uğursuzluq sindromundan çıxmaq cəhdinə bənzəyir. Düzdür, özündən ağıllıların məsləhətlərini dinləyərək sonradan bu müraciəti səhifəsindən silsə də, bu, onun düşdüyü durumun mənzərəsini dəyişmir. Qınamaq da olmur, sərf edilən milyonlarla vəsait, böyük media və QHT resursu qarşılığında Rebekka Vinsentə həvalə edilən missiya tam iflasa uğradı. Oyunlarında bu xanımın da rol aldığı məlum güc mərkəzinin iradəsinin ziddinə olaraq, Avropa Oyunlarını geosiyasi çəkişmə müstəvisinə keçirmək, siyasiləşdirmək mümkün olmadı, Bakı Oyunlarının boykotu baş tutmadı. Heç bir ölkənin idman komandası Azərbaycana gəlməkdən imtina etmədi. Heç bir ölkə MOK-u siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. ABŞ-ın və onun Avropadakı bütün resurslarının cəlb edildiyi anti-Azərbaycan kampaniyası alt-üst oldu. Bu kampaniyada onlara dəstək vermiş “5-ci kolon” üzvlərinin toxunulmazlığı belə təmin edilmədi, onları hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı. Bir həftə içində birinci Avropa Oyunları bitəcək: Azərbaycanın uğuru, anti-Azərbaycan qüvvələrin məğlubiyyəti ilə.
Artıq bir mərkəzdən idarə olunan xarici anti-Azərbaycan şəbəkənin də arqumentləri bitib. Nə qədər eyni qondarma mövzunu diqqətə gətirmək və gündəmdə saxlamağa çalışmaq olar. Axı beynəlxalq medianın da öz dəyərləri, kodeksləri, informasiya siyasəti, informasiyaya yanaşma və təqdimat meyarları var. Onlar da öz nüfuzlarını boş və mənasız məsələlərə xərcləyə, qeyri-obyektiv və aktuallıq kəsb etməyən mövzuları günlərlə əsas xəbər kimi az qala manşetdə saxlaya bilməz və hətta “qüdrətli mərkəzlərin mənafeyi naminə” öz imiclərinə bu qədər kobud zərbə vura bilməzlər. Adi oxucu da bu yanaşmanın kampaniya xarakterli olduğunu görür və günlərlə təkrarlanan mövzudan bezərək həmin media orqanlarına müraciət edib-etməmək haqqında düşünür. Buna görə də “Assoşeyted Press” kimi nüfuzlu media orqanının bir daha stadionlarda “boş oturacaqlar” axtarışına çıxmayacağını, BBC-nin bir həftə bundan əvvəl xüsusi təşkil olunmuş “cəbrayıllı Bono”nun sərgüzəştlərini yanlış şəkildə təqdim etməyəcəyini, “The Guardian”ın da jurnalistlərin yazılarını təhrif olunmuş şəkildə verməyəcəyini deməyə əsas vardır.
Vinsentin çaşqın durumu onun təsir dairəsində olan antimilli KİV-lərin fəaliyyətində də hiss olunur. “Meydan TV” tənqid etməyə mövzu tapmayınca, qondarma problemlər yaratmağa başlayıb. Yaşadığımız həftə içində çəkdiyi mövzu qıtlığını həftəsonunda “Bakıda avtobus qəzasına düşən avstriyalı atlet Vanessa Şahinoviçi bir saat ərzində öldürüb-diriltməklə” kompensasiya etmək istədi. Sonra isə Avropa Yenidənqurma və İnkişaf Bankının internet səhifəsindən 2010-cu ilə aid qondarma və naftalin iyi verən diaqram tapıb səhifəsinə yerləşdirməklə sübut etməyə çalışdı ki, sən demə, Azərbaycan da az qala Ermənistan qədər qeyri-tolerant ölkə imiş.
Qrupun başqa bir təmsilçisi - “Azadlıq” qəzeti isə daha “səmimi davrandı”. “Avropa Oyunları özündən sonra hansı problemləri buraxacaq?” (http://www.azadliq.info/xeberler/358-xeber/68922-avropa-oyunlar-oezuendn-sonra-hans-problemlri-buraxacaq.html) başlıqlı yazıda artıq birinci Avropa Oyunları dönəmi bitmiş sayılır, növbəti mərhələ üçün fəaliyyət proqramları qurulur, problem yaratmaq üçün tezislər müəyyənləşdirilir. Yazıda etiraf olunur ki, bu cür möhtəşəm tədbirlər keçirmək “hətta inkişaf etmiş, oturuşmuş dövlətlərdə belə, ...təlatümlər yaradır”. Ölkənin gələcəyini problemlər məngənəsində göstərmək istəyən bu cümlələrin müəllifləri, özlərindən asılı olmayaraq, Azərbaycanın uğurunu etiraf ediblər: bəli, bu cür möhtəşəm tədbirlər təşkil etmək hətta böyük dövlətlər üçün çətindir. Amma Azərbaycan bütün çətinlikləri aşa bildi, rəqiblərini isə müşkülə saldı. Birinci Avropa Oyunları problemsiz bitir, rəqiblər isə indi “bəs sonra” sindromundan əziyyət çəkirlər.
az.apa.az
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

