Azərbaycan və Çin qadın hərəkatı sahəsində əməkdaşlığı genişləndirir
07.07.2015 [10:04]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri, professor Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 1-dən 5-dək Çin Xalq Respublikasında səfərdə olub.
Ümumçin Qadınlar Federasiyasının (ÜQF) dəvəti ilə reallaşan səfərin məqsədi ikitərəfli əlaqələrin genişləndirilməsindən ibarət olub.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin (BDU) sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyeva, BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Paşayeva, Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri, professor Reyhan Hüseynova, AQUPDK-nın xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova daxil olub.
Nümayəndə heyətinin Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədr müavini, Ümumçin Qadınlar Federasiyasının sədri xanım Şen Yüeyüe ilə görüşü keçirilib. Şen Yüeyüe bu ilin aprelində Federasiyanın nümayəndə heyətinin Azərbaycana səfərini xatırladıb, göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirib.
Şen Yüeyüe ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək tarix boyu qədim İpək yolunun xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını deyib, ÇXR Sədri Si Cinpinin təşəbbüsü olan “İpək Yolu iqtisadi kəməri”nin ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açacağına əminliyini bildirib.
Sədr müstəqillik illərində yeni mərhələyə qədəm qoymuş münasibətlərimizin daha da inkişafı üçün müvafiq qurumlar arasında ikitərəfli əlaqələrin dərinləşməsinin vacib olduğunu qeyd edib, xüsusilə, beynəlxalq çərçivədə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
ÜQF-nin sədri Şen Yüeyüe Azərbaycanın qadın hərəkatı sahəsində təcrübəsinin maraq doğurduğunu bildirərək bu sahədə təcrübə mübadiləsinin və əlaqələrin daha da genişləndirilməsinin hər iki tərəf üçün faydalı olacağına inandığını bildirib. O, Çində qadın siyasəti sahəsindəki vəziyyət barədə danışıb, qadınların dövlətin və cəmiyyətin idarə edilməsində fəal rolu barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Azərbaycan rəhbərliyinin ÇXR ilə münasibətlərə böyük önəm verdiyini qeyd edən H.Hüseynova ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib. O, Azərbaycanın ilk gündən Çinin “İpək Yolu iqtisadi kəməri” təşəbbüsünü dəstəklədiyini, Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiya Bankının təsisçi-üzvlərindən biri olduğunu qeyd edib.
Komitə sədri son illər dinamik inkişaf edən Azərbaycanda hər sahədə olduğu kimi, qadın siyasətində də qazanılan uğurlardan danışıb, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət qadın siyasətinin müsbət nəticələri, ölkəmizdə qadınların siyasi, iqtisadi, humanitar, elmi və digər sahələrdə əldə etdikləri böyük nailiyyətlər barədə məlumat verib.
H.Hüseynova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aktiv fəaliyyəti, ölkəmizdə onun rəhbərliyi altında keçirilən beynəlxalq tədbirlər, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və birinci Avropa Oyunları haqqında danışıb. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi qadın hərəkatı ilə bağlı bir çox qanunların, o cümlədən məişət zorakılığı və gender bərabərliyi haqqında qanunların təşəbbüskarı olduğu diqqətə çatdırılıb.
Komitə sədri Pekində Qadın Məsələlərinə dair IV Ümumdünya Konfransının 20 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycanın və Çinin birgə müxtəlif beynəlxalq təşəbbüslərlə çıxış etmək ideyasını irəli sürüb.
Azərbaycan nümayəndə heyətinin Ümumçin Qadınlar Federasiyasının sədr müavini xanım Men Siaosi ilə görüşündə konkret əməkdaşlıq istiqamətləri, o cümlədən qadın hüquqlarının müdafiəsi, qadınların məşğulluq məsələləri və digər mövzular müzakirə edilib.
Çinin bu istiqamətlərdəki fəaliyyəti barədə ətraflı məlumat verən Men Siaosi ölkələrimizin qadın təşkilatları arasında münasibətlərin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın Çindəki səfirliyinin də mühüm rolu olduğunu vurğulayıb.
AQUPDK-nın sədri H.Hüseynova Azərbaycanın qadın hərəkatı sahəsindəki təcrübəsi, qadınların ictimai həyata cəlb olunması üçün görülən işlər, əldə edilən nailiyyətlər barədə danışıb. O, Şen Yüeyüe və Men Siaosini Azərbaycana səfərə dəvət edib. Hər iki dəvət məmnunluqla qəbul edilib.
Nümayəndə heyəti səfər çərçivəsində Çin Qadın Akademiyasında da olub, həmçinin Çindao şəhərində yerli qadınlar təşkilatının sədri, şəhər rəhbərliyi ilə görüşlər keçirib.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov görüşlərdə iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04

