Xədicə İsmayılova səs-küy salaraq məhkəmənin gedişatını pozub
08.08.2015 [00:19]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, iclasın əvvəlində X.İsmayılova karküzarlıq işlərinin aparılmasına etirazını bildirib. O, vəsatət qaldırıb ki, iclasdan sonra məhkəmə protokolları ilə tanış olsun. Lakin hakim R.Allahverdiyeva bunun qanunazidd olduğunu deyib və bildirib ki, məhkəmə istintaqı prosesi başa çatdıqdan sonra 3 gün ərzində protokollarla tanış olmaq üçün kifayət qədər imkan yaradılacaq.
X.İsmayılovanın vəkilləri məhkəmə iclasında zərərçəkmişin iştirak etməməsinə etiraz edərək məhkəmə iclasının dayandırılması, iclasın zərərçəkən gəldikdən sonra davam etdirilməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin hakim bildirib ki, zərərçəkmişə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilib, lakin o, iclasa gəlməyib.
R.Allahverdiyev deyib ki, məhkəmə kollegiyası zərərçəkmişin növbəti prosesdə məcburi qaydada iştirakı barədə qərar qəbul edib.
Dövlət ittihamçısı Ramazan Hadıyev də iclasın zərərçəkmişin iştirakı olmadan davam etdirilməsinin qanunazidd olmadığını bildirib.
Sonra X.İsmayılovanın vəkilləri lazımi məsləhətləşmələrin aparılması üçün onun şüşə kabinədən çıxarılıb onlarla birgə əyləşməsi ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı bildirib ki, məsləhətləşmək üçün kifayət qədər vaxt verilib, X.İsmayılovanın şüşə kabinədə oturması onun haqqında seçilən həbs qətimkan tədbirinin tələbindən irəli gəlir.
Hakim isə bildirib ki, X.İsmayılovanın şüşə kabinədə saxlanması onun təhlükəsizliyi baxımından da önəmlidir. O, qeyd edib ki, vəkillərlə X.İsmayılovanın məsləhətləşməsi üçün şərait yaradılacaq. Beləliklə, növbəti vəsatət də təmin olunmayıb.
Daha sonra X.İsmayılovanın vəkilləri ona qarşı vergidən yayınma ittihamına xitam verilməsi üçün vəsatət qaldırıblar. Dövlət ittihamçısı isə bildirib ki, bununla bağlı araşdırma aparılıb, bütün ittihamlar öz təsdiqini tapıb, buna görə də bu vəsatətin təmin olunmamasını xahiş edir.
X.İsmayılovanın vəkilləri deyib ki, “Azadlıq” radiosunun Bakı bürosunun Beynəlxalq Bankda hesabının olduğu bildirilir, buna görə də imza nümunəsinin olub-olmaması ilə bağlı Azərbaycan Beynəlxalq Bankına sorğu göndərilməsini istəyirlər. Dövlət ittihamçısı isə bildirib ki, cinayət işi üzrə ittihamlar sübuta yetirilib və cinayət işi üzrə materialların arasında bank sənədləri də var. Bu baxımdan sorğunun verilməsinə ehtiyac yoxdur.
Dövlət ittihamçısı X.İsmayılovaya qarşı irəli sürülən ittihamları səsləndirib. Bundan sonra X.İsmayılova ifadə verib və dövlət ittihamçısının bir sıra suallarına cavab verib.
Məhkəmədə fasilə elan olnub, nahar fasiləsindən sonra proses davam etdirilib.
Fasilədən sonra X.İsmayılova səs-küy salaraq məhkəmənin gedişatını pozub. O, dövlət ittihamçısının suallarına cavab verməkdən imtina edib.
Hakim ona bir neçə dəfə xəbərdarlıq etsə də, onun bu hərəkətinin qanunazidd olduğunu desə də, X.İsmayılova yenə də səs-küy salmaqda və məhkəmə prosesinin gedişatına mane olmaqda davam edib.
X.İsmayılovanın belə hərəkətləri ilə əlaqədar hakim yenidən fasilə edib.
Fasilədən sonra prosesdə X.İsmayılovanın vəkilləri hakimlərin tərkibinə etiraz edərək bununla bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı etiraza konkret əsasların göstərilmədiyini bildirərək vəsatətin təmin olunmasını məqsədəuyğun hesab etməyib. Məhkəmə heyəti vəsatəti baxılmamış saxlayıb.
Sonra proses şahidlərin ifadəsi ilə davam etdirilib. İlk olaraq jurnalist Aynurə İmranova dövlət ittihamçısının bir neçə sualını cavablandırıb. Dövlət ittihamçısı onun ilkin ifadəsi ilə hazırkı ifadəsində ziddiyyətlər olduğunu bildirib.
Adrınca X.İsmayılovadan sonra “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri işləmiş Babək Bəkirov ifadə verərək dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb.
Bundan əlavə, şahid Tahir Seyidov və Hakim Əhmədov dövlət ittihamçısının və X.İsmayılovanın vəkillərinin suallarını cavablandırıb.
Növbəti məhkəmə prosesi avqustun 10-u saat 11:00-a təyin edilib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21

