Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası 125 yerin hər birinə namizədlər müəyyənləşdirib
29.08.2015 [11:09]
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti parlament seçkiləri ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib. Beləliklə, sentyabrın 1-dən etibarən ölkədə 60 günlük seçki həyəcanı başlayır. Ölkədəki bütün ictimai-siyasi qüvvələri, fərdi qaydada seçkilərə qoşulmaq istəyən şəxsləri daha çox maraqlandıran isə Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında kimlərin adlarının əks olunmasıdır. YAP-ın rəhbərliyində olan şəxslər isə bu barədə yalnız Prezident Sərəncamının imzalanmasından sonra danışmağın mümkün olduğunu deyirdilər. Artıq Prezident seçki sənədini imzaladı, bəs, YAP siyahısını nə zaman açıqlayacaq? Bütün bu barədə suallarla YAP-ın İcra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət etdik. İlk suala cavabından bəlli oldu ki, siyahı bu həftə də açıqlanmayacaq:
- Prezident Sərəncam imzaladıqdan sonra o, dərc olunmalıdır. Dərc olunduqdan sonra Sərəncam qüvvəyə minir. Bundan sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyəti öz qərarı ilə dairələr üzrə kimin namizədliyi irəli sürüləcəksə, bunları təsdiq edəcək. Həmçinin partiyanın səlahiyyətli nümayəndələrinin təsdiq olunması məsələsi də müzakirə olunacaq, təsdiqlənəcək və bundan sonra mətbuata veriləcək, partiyanın saytına da qoyulacaq ki, kimin hansı dairədən namizədliyi irəli sürülüb.
- Bu prosedurlar ümumilikdə neçə gün çəkəcək?
- Sabah (29 avqustda-E.P.) bizim şəhər seçki qərargahlarının rəhbərləri ilə toplantımız var. Orada bu ay ərzində qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar veriləcək. Bu, əsasən, namizədin sənədlərinin DSK-lara təqdim olunması, imza vərəqələrinin götürülməsi və doldurulub müvafiq sənədlərlə birlikdə yenidən komissiyalara təqdim olunması, namizədlərin qeydiyyatdan keçməsi ilə əlaqədardır. Bundan sonra isə növbəti həftə ərzində İdarə Heyətinin iclası keçiriləcək. Qanunvericilikdə belədir ki, imzalar toplandıqdan sonra müvafiq sənədlərlə birlikdə seçkilərə ən çoxu 50 gün, ən azı 30 gün qalmış DSK-lara təqdim olunur. Yəni iki ay müddət qoyulmasına baxmayaraq, imzanı 10 gündən tez toplayıb DSK-ya təqdim etməyə qanun yol vermir, seçkilərə 50 gün qalmış imzaları toplayıb təqdim etmək olar. YAP-ın kifayət qədər potensialı var, biz bütün namizədlərimiz üçün imza toplamağa 1-2 gün vaxt sərf edəcəyik. O baxımdan da gələn həftə ərzində biz namizədləri təsdiq edib müvafiq sənədlərlə dairələrə təqdim edəcəyik. DSK-lar da bir neçə gün ərzində baxıb bunun qanunauyğunluğunu yoxlayandan, tələb olunan düzəlişlər edildikdən sonra imza vərəqələrini verəcək. 450 imzanı toplamaq üçün də biz hər namizəd üçün 10 nəfər partiya fəalını ayırmışıq, toplayıb təqdim edəcəyik. O baxımdan zaman kifayət qədər imkan verir ki, biz ən tezi 50 gün qalmış müvafiq sənədlərlə birgə imzaları DSK-lara təqdim edək.
- Hakim partiyanın 125 yerin hər birinə namizədinin olacağını demişdiniz...
- 125 yerin hər birinə namizədlər müəyyənləşib. İdarə Heyəti qərar qəbul etsə ki, hansısa dairədən ölkə üçün əhəmiyyətli, tanınmış, görkəmli bir nümayəndə namizədliyini irəli sürüb, buna alternativ versək, ona problemlər yarada bilərik, ola bilsin ki, orada ona güzəştlər olsun. Qalan hallarda bütün dairələrdə namizədlər müəyyənləşib.
- Dairələrin neçə faizində YAP-ın vazkeçilməz namizədləri var?
- Bizim bütün dairələrdə irəli sürdüyümüz namizədlər partiya tərəfindən seçilmiş insanlardır. Yerdə qalan məsələlər hamısı seçicidən asılıdır. Seçici kimi dəstəkləyəcəksə, kimə səs verəcəksə, təbii ki, onlar da seçiləcək.
- Partiya Sədri artıq YAP-ın seçki siyahısına rəy verib, yoxsa hələ son söz deyilməyib?
- Bunlar hamısı İdarə Heyətinin növbəti həftədəki səlahiyyətlərinə daxil olan məsələlərdir.
E.PAŞASOY, musavat.com
Xəbər lenti
Hamısına baxSiyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45

