/ / Mübariz Qurbanlı: Xaricdə təhsil alan gənclərimizin ekstremist təşkilatların təsiri altına düşməməsi üçün tədbirlər görülür
Mübariz Qurbanlı: Xaricdə təhsil alan gənclərimizin ekstremist təşkilatların təsiri altına düşməməsi üçün tədbirlər görülür
03.09.2015 [10:12]
“Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyədə bir neçə azərbaycanlı tələbənin PKK terror təşkilatına qoşulması barədə məlumata münasibət bildirərkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, Azərbaycan azad ölkədir və Azərbaycanda gənclərin xarici ölkələrdə təhsil almasında heç bir məhdudiyyət yoxdur: “Azərbaycanda yalnız dini təhsil ilə bağlı qanunda müəyyən düzəliş var. Bu da ondan ibarətdir ki, Azərbaycanda məsciddə, sinaqoqda, kilsədə yalnız Azərbaycanda təhsil almış şəxslər dini ayinləri icra edə bilərlər. Bu məhdudiyyət bütün ölkələrdə var və bu belə də olmalıdır. Amma təhsilin qalan sahələrində heç bir məhdudiyyət yoxdur”.
M.Qurbanlı deyib ki, Azərbaycanda Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilənlər var, eyni zamanda, müstəqil şəkildə bu və ya digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr var: “Minlərlə Azərbaycan gənci müxtəlif ölkələrdə təhsil alır. Türkiyədə təhsil alan gənclərimiz, onların fəaliyyəti ilə bağlı Ankaradakı səfirliyimiz, İstanbuldakı konsulluq və digər şəhərlərdə olan qurumlarımız məşğul olurlar. Xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər çərçivəsində həmin tələbələr arasında müəyyən izahat işləri aparılır, müxtəlif səviyyələrdə dövlət nümayəndələrinin həmin ölkələrə səfərləri zamanı tələbələr ilə görüşlər keçirilir. Məsələn, mən Türkiyədə və İranda rəsmi səfərdə olduğum zaman dini təhsil alan tələbələrlə ayrıca görüşmüşdüm”.
M.Qurbanlı vurğulayıb ki, müxtəlif nazirliklərin nümayəndələri də bu istiqamətdə işlər aparırlar. Komitə sədri qeyd edib ki, Təhsil Nazirliyi bu sahədə xüsusi bir proqram həyata keçirir: “Amma insanların bu və ya digər qrupların təsiri altına düşməsinin qarşısını tam almaq o qədər də asan məsələ deyil. Türkiyədə təsir altına düşən bəzi gənclər olub. Müvafiq qurumlar bunu araşdırırlar. Amma bunlar tək-tək hallardır. Belə halları biz ümumiləşdirə bilmərik. Azərbaycandan Türkiyədə minlərlə tələbə təhsil alır. Onların içərisində əgər 2-3 nəfər bu cür qrupların təsiri altına düşübsə, bunu ümumiləşdirmək olmaz. Hesab edirəm ki, bu istiqamətdə izahat işi çox aparılmalıdır. KİV-lərin də üzərinə bu məsələdə çox iş düşür. Ailələr xaricdə təhsil alan uşaqların üzərində təsirlərini artırmalıdırlar. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri isə bu istiqamətdə fəaliyyəti daha da gücləndirməlidir”.
Xəbər lenti
Hamısına baxHadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20

