Mövlud Çavuşoğlu: Azərbaycan və Türkiyə beynəlxalq aləmdə birlikdə hərəkət edirlər
19.02.2016 [09:41]
Azərbaycan və Türkiyə beynəlxalq aləmdə birlikdə hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Mövlud Çavuşoğlu Ankarada törədilmiş terror aktı ilə əlaqədar başsağlığına və həmrəyliyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib. O, terrorun bütün formalarına qarşı həmişəkindən daha artıq mübarizə aparılmasının vacibliyini bildirib. Nazir terrorizmə qarşı mübarizədə Azərbaycan ilə Türkiyənin mövqeyinin eyni olduğunu diqqətə çatdırıb. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Ankarada törədilmiş terror aktı səbəbindən baş tutmadığını xatırladıb.
Türkiyəli nazir azərbaycanlı həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin, bir sıra ortaq layihələrin, eyni zamanda, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müzakirə ediləcək məsələlər barədə fikir mübadiləsi aparıldığını söyləyib. O, beynəlxalq aləmdə Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət etdiklərini vurğulayıb.
Mövlud Çavuşoğlu bir neçə gündən sonra Xocalı soyqırımının 24-cü ildönümünün qeyd olunacağını, bu hadisəni törədənləri lənətlədiyini bildirib.
Elmar Məmmədyarov fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insan tələfatı ilə bağlı qardaş Türkiyə xalqına, həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib. Bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
Nazir görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və regionda baş verən hadisələrlə bağlı səmərəli müzakirələr aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə nümunəvi tərəfdaşlıq, dostluq, qardaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirirlər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu ilin sonunda istifadəyə veriləcək. Belə mühüm layihələr Azərbaycan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun inkişafı üçün də əhəmiyyətlidir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

