Radikal müxalifət partiyalarının saxta “siyasi mühacir” biznesi ətrafında növbəti qalmaqal
29.03.2016 [11:04]
Vaxtilə AXCP, “Müsavat” və “Milli şura”dan pulla saxta vəsiqə alıb Avropaya köç edənlərin sənədləri yenidən yoxlanacaq
Mühacirət məsələsi zaman-zaman dünyanın, ən əsası isə Avropanın gündəmini zəbt edən və daha çox müzakirə mövzusuna çevrilən problemlərdəndir. Son dövrlərdə Suriyada və digər Yaxın Şərq ölkələrində baş verənlər, eləcə də həmin ölkələrin vətəndaşlarının kütləvi şəkildə Avropaya axın etməsi isə bu problemi yenidən diqqət mərkəzinə gətirib. Bu da səbəbsiz deyil. Belə ki, Avropanın bir sıra ölkələrində mühacir axınına qarşı keçirilən kütləvi aksiyalar, eləcə də məhz mühacirlərin törətdiyi iddia edilən terror aktları “köhnə qitə”də qarşıdurmaları, yerli insanlarla gəlmələr arasındakı ziddiyyətləri dərinləşdirməkdədir. Digər tərəfdən, son bir il ərzində Avropaya üz tutmuş köçkünlərlə bağlı ortaya çıxmış məsələlər ötən illər ərzində bu qitədə mühacir statusu alanların yenidən yoxlamadan keçməsinə səbəb olub. Bu isə heç də yaxşı nəticə vəd etmir. O mənada ki, “siyasi mühacir” adı altında saxta sənədlərlə Avropaya üz tutanların özlərinin “iç üzü” açılır. Avropa informasiya resurslarının yaydığı məlumatlara əsasən, yoxlamalar əvvəlki illərdə Avropada sığınacaq tapmış bir çox insanın işində də müəyyən problemlər üzə çıxarıb. Belə ki, müxtəlif ölkələrdən “köhnə qitə”yə üz tutan bəzi insanlar nəyin bahasına olursa olsun, Avropada daimi yaşamaq hüququ əldə etmək üçün şəxsi işlərini saxtalaşdırmaqdan belə çəkinməyiblər. Məlumatlara görə, onların arasında, guya, öz ölkələrində siyasi fəaliyyətinə, cinsi oriyentasiyasına və digər səbəblərə görə təzyiqlərlə üzləşdiklərini iddia edənlər də var.
Yeri gəlmişkən, saxta “siyasi mühacir” kələfinin bir ucu da Azərbaycanın radikal müxalifət düşərgəsinə birləşir. Daha doğrusu real faktlar əsasında demək olar ki, ölkəmizdən Avropaya “mühacirət” etmiş bir çox insan, xüsusilə də radikal müxalifət partiyalarının, radikal düşərgəyə yaxın QHT-lərin və media strukturlarının nümayəndələri məhz sənədlərini saxtalaşdırmaqla, “demokratiya carçısı” imici formalaşdırmaqla öz niyyətlərinə nail ola biliblər. Məsələn, Azərbaycandan Avropaya köç etmək istəyən şəxslər etiraz aksiyalarında bəzən qəsdən başlarını polis dəyənəyinin altına verməklə, yaxalarını cırmaqla, barmaqlarını kəsib üz-gözlərini qana boyamaqla və bu vəziyyətdə müxalifət qəzetlərində reklam olunmaqla “müxalifətçi” obrazlarını yaratmağa çalışırdılar. Hətta müəyyən pul müqabilində müxalifət qəzetlərində özləri haqqında “faktlarla”, “sübut” və “şahidlərin ifadələri” ilə fantastik materiallar dərc etdirənlər də vardı ki, bu qəbildən olanların çoxu Avropa ölkələrinin aidiyyəti instansiyalarını aldadaraq öz planlarını həyata keçirə bildilər. Onu da vurğulamaq yerinə düşər ki, bu fakt zaman-zaman elə radikal düşərgə nümayəndələri tərəfindən də təsdiqlənib. Radikal müxalifət düşərgəsinin ayrı-ayrı funksionerləri təşkilatlarının və rəhbərlərinin siyasi mühacir biznesi ilə məşğul olduğunu açıq şəkildə bildiriblər. Məsələn, Əli Kərimlinin AXCP sədri olduğu dövrdə onun müşaviri olmuş Şakir Abbasov Əli Kərimlinin siyasi mühacir alveri ilə məşğul olduğunu bildirmişdi. Bu yolla külli-miqdarda pul qazanan Ə.Kərimli nəzarətində olan mətbu ruporların köməyi ilə AXCP ilə yaxından-uzaqdan əlaqəsi olmayan, ümumiyyətlə, siyasi fəaliyyətlə məşğul olmayan şəxslərə belə vəsiqələr düzəltdirir, onların Avropaya “mühacirət” etməsinə “yardım göstərirmiş”.
Eyni hal Müsavat Partiyasında da yaşanıb. Hətta 2015-ci ildə bununla bağlı yaşanan qalmaqalda Müsavat Partiyasının rəhbərliyini, konkret olaraq Arif Hacılını və digərlərini günahlandıran keçmiş “müsavat”çı Elbəyi Həsənli konkret faktlar irəli sürmüşdü. E.Həsənli bildirmişdi ki, Müsavat Partiyası 2015-ci ilin birinci yarısında 483 nəfərə siyasi mühacirət etmək üçün vəsiqə satıb. Hətta Belçikada siyasi mühacir olan Elnur Aydın oğlu Mirzəyevin adına verilmiş “Müsavat” üzvlüyü vəsiqəsinin saxta olması faktlarla sübuta yetirildi.
Amma, deyəsən, artıq daş qayaya rast gəlib və “siyasi mühacir” məsələsi ətrafındakı vəziyyət dramatik hal almaqdadır. Belə ki, Avropa ölkələrinin dövlət orqanları tərəfindən aparılan araşdırmalar min fırıldaqla Avropada məskən salmış “siyasi mühacirlər”in, “mavilər”in, “mənşəcə ermənilər”in vəziyyətini xeyli ağırlaşdırıb. Bir zamanlar ölkəmizdən fərqli adlar altında saxta vəsiqələrlə Avropaya “sığınanlar” barədə yenidən sənədlər toplanmalı, dəlil-sübutlar əldə edilməlidir. Yayılan məlumata görə, bir çoxları artıq Azərbaycandakı radikal müxalifət partiyaları ilə əlaqə quraraq bu məsələdə onlara yardım göstərmələrini istəyirlər. Məsələn, kimisi AXCP, “Müsavat” və ya “Milli şura” üzvü olduğunu isbatlamaq üçün həmin partiyaların və qondarma “şura”nın rəhbərliyindən vəsiqə almağa cəhd göstərir, kimisi də AXCP və Müsavat Partiyasına yaxın mətbu orqanların arxiv materiallarını əldə etməyə çalışır. İddiaya görə, artıq pulla yeni məqalələr sifariş edənlər də var. Məlumata əsasən, AXCP-də “mühacirlər” üçün konveyer üsulu ilə “vəsiqə”, “arayış” və digər “sənədlər”in hazırlanması prosesinə start verilib. Xaricdə yaşayan və çətin situasiya ilə üzləşmiş soydaşlarımızdan birinin iddiasına görə, AXCP arxa tarixlə vəsiqə verilməsi üçün 5 min avro məbləğində “ödəniş” müəyyənləşdirib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

