Hesablama Palatası Milli Məclisdə hesabat verdi
29.04.2009 [16:38]
Milli Məclisin dünənki iclasında Hesablama Palatası 2008-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib. Palatanın sədri Heydər Əsədov çıxışında bildirib ki, əhatə dairəsi dəqiq təyin edilən, çox səviyyəli büdcə münasibətlərini və vahid dövlət maliyyə inzibatçılığını müəyyənləşdirən çevik nəzarət sisteminin yaradılması bütün dövlətlərin maliyyə büdcə siyasətinin formalaşdırılmasının və inkişaf etdirilməsinin zəruri elementi kimi çıxış edir. Məhz bu baxımdan, səmərəli dövlət maliyyə nəzarəti sisteminin yaradılması və inkişaf etdirilməsi ictimai tələbata çevrilməklə əsas vəzifələrdən biri hesab olunur. H.Əsədovun sözlərinə görə, dünya maliyyə bazarlarında hökm sürən böhranın təsirinin yumşaldılması və tədricən aradan qaldırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları tərəfindən irəli sürülən təkliflərdən biri də dünya səviyyəsində maliyyə nəzarətinin yaradılmasıdır: “Qlobal iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirinin cüzi olmasına baxmayaraq, strateji fəaliyyətin başlıca istiqamətlərindən biri kimi respublikanın rəhbərliyi tərəfindən maliyyə nəzarəti məsələsinə ciddi diqqət yetirilir. Belə ki, ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncaq və konfranslarda dövlət vəsaitlərindən istifadə üzərində etibarlı və keyfiyyətli nəzarət mexanizminin gücləndirilməsi zərurəti dövlət başçısı tərəfindən dəfələrlə vurğulanıb. Bütün bunlar ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının üzərinə çox ciddi məsuliyyət və vəzifələr qoyur. Dövlət vəsaitlərindən səmərəli istifadə olunmasına və onun nəticəliliyinin artırılmasına təsir edən ən vacib amillərdən biri müvafiq kənar dövlət maliyyə sisteminin gücləndirilməsi və təsir dairəsinin daha da genişləndirilməsidir”.
H.Əsədov xatırladıb ki, ötən il Hesablama Palatası haqqında qanuna dəyişiklik edilməklə bu quruma əlavə səlahiyyətlər verilib. Belə ki, palataya zəruri hallarda özünün yerli strukturlarını yaratmaq, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə, şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara təqdimatlar göndərmək, bu təqdimatların əsassız olaraq icra edilmədiyi hallarda isə həmin qurumların xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olmaqla əməliyyatların dayandırılması barədə təqdimatlar vermək səlahiyyəti verilib. Verilən səlahiyyətlər nəticəsində 2008-ci ildə nəzarət tədbirlərinin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Belə ki, palata tərəfindən 2007-ci ildə cəmi 3 audit və 20 ekspert-analitik tədbir həyata keçirilmişdisə, 2008-ci ildə 23 audit və 21 ekspert-analitik tədbir və 1 monitorinqin keçirilməsi təmin olunub. Palatanın sədri bildirib ki, ötən il rəhbərlik etdiyi quruma dövlət təşkilatlarından, müxtəlif yerli və xarici təşkilatlardan 1631 sənəd daxil olub: “Bunlardan 237-si dövlət hakimiyyəti orqanlarından, 1090-ı dövlət təşkilatlarından, 188-i xarici və 90-ı müxtəlif yerli təşkilatlardan, 26-sı isə digər orqanlardan daxil olub”.
H.Əsədovun sözlərinə görə, auditlər və analitik təhlillər nəticəsində müxtəlif xarakterli nöqsanlar aşkar edilib. Bunlar maliyyə pozuntularından tutmuş, cinayət xarakterli bir neçə faktlara qədər olub. Yoxlamalar nəticəsində iki cinayət xarakterli iş Respublika Prokurorluğuna göndərilib. O qeyd edib ki, Hesablama Palatası lüzumsuz xərclərin yol verilməməsinə çalışır: “üç rayonda apardığımız yoxlamalar nəticəsində xəstəxanalarda çarpayıların sayını 235 ədəd azaltmışıq. Belə faktlar digər rayonlarda da var. Arxiv idarələrində apardığımız yoxlamalar zamanı kolxoz və sovxoz dövründən qalan sənədlər hesabına əsassız pensiyaların təyin olunması halları müəyyən edilib. Belə faktlar bütün arxiv idarələrinə göndərilib və bu məsələ həmin idarələrlə və Sosial Müdafiə Fondu ilə müzakirə edilib, ümumilikdə, pensiya sisteminin əmək haqqına görə dəyişdirilməsi təklif edilib. Yaxın zamanlarda bu məsələnin parlamentin müzakirəsinə çıxarılması gözlənilir”.
Palatanın sədri qeyd edib ki, auditlər zamanı 569 min manat nəğd qaydada kassaya ödənilib, 1 milyon 18 min manat köçürmə yolu ilə ödənilib. Yüzlərlə, minlərlə adamlar sosial sığortaya cəlb olunub. ümumilikdə götürdükdə 7 milyon manatdan artıq vəsaitin təyinatı üzrə xərclənməsi təmin olunub.
H.Əsədovun sözlərinə görə, Hesablama Palatasının iş şəraitinin yaxşılaşdırılması üçün yeni inzibati bina ayrılıb. Bu binanın yenidən qurulması ilə əlaqədar olaraq dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində bu məqsədə 4 milyon manat məbləğində vəsait nəzərdə tutulub və istifadəsi təmin edilib. Hazırda binada son tamamlama işləri aparılır.
Müzakirələrdən sonra millət vəkilləri hesabatı qəbul ediblər.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33

