“Jewish Journal” qəzeti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edir
20.04.2016 [10:14]
Amerika yəhudilərinin nəşri olan “Jewish Journal” qəzetində Rabbi Simçah Aaron Qrinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, qoşunların təmas xəttində son günlər baş verən erməni təxribatları barədə məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif sülhməramlı millətlərin təhlükəsizliyini qorumaq üçün dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Məqalədə Ermənistanın Azərbaycana qarşı əsrlərdən bəri davam edən soyqırımı, etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamasının tamamilə qanunsuz olduğunu dəfələrlə bəyan edib və hələ 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən cinayətlər bu işğalın başlanğıcıdır. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları insanlığa qarşı törədilən bəşəri cinayətdir. 1990-cı illərdə törədilən vəhşiliklər bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu günlərdə ermənilər ötən əsrin sonlarındakı kimi, yenə də mülki əhaliyə qarşı zorakılıqlar törətdilər.
Məqalədə bildirilir ki, yaranmış hazırkı vəziyyət İsrailin də təcili olaraq öz səsini qaldırmasını zəruri edir. İsrail Prezidenti Reuven Rivlin 25 il bundan əvvəl Dağlıq Qarabağda törədilənləri soyqırımı adlandırıb. Bu işğalçılıq siyasəti hələ də davam edir.
Müəllif məqalədə İsrail ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söhbət açır. Bildirir ki, Azərbaycan və İsrail arasında 20 ildən artıqdır strateji müttəfiqlik mövcuddur. Yəhudi icması bu nadir və cəsur müttəfiqliyi qorumalıdır. Azərbaycanda yəhudilər uzun illərdən bəri sülh şəraitində yaşayırlar. Bu ölkə bir daha dünyaya bəyan edir ki, müsəlman, yəhudi və xristianlar birgə uzunmüddətli sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58

