RF İctimai Palatası Komissiyasının sədri Bakıdakı Rus Mədəniyyəti Mərkəzində olub
29.04.2016 [09:57]
Rusiya İctimai Palatasının İctimai diplomatiyanın inkişafı və xaricdəki həmvətənlərə dəstək komissiyasının sədri Yelena Sutormina Bakıdakı Rus Mədəniyyəti Mərkəzində olub və Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin ilə görüşüb.
RF İctimai Palatasının mətbuat xidmətinin verdiyi məlumata görə, bu görüş RF İctimai Palatasının nümayəndə heyətinin BMT Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyət. Çağırış və məqsəd” devizi altında keçirilən VII Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfəri çərçivəsində təşkil edilib.
Y.Sutormina Rus Mədəniyyəti Mərkəzində Böyük Vətən müharibəsi veteranları ilə söhbət edib, Azərbaycan Rus İcmasının işinin istiqamətləri ilə tanış olub.
Yelena Sutormina Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını qeyd edərək deyib: “Prezident İlham Əliyev Öz nitqində millətlərarası və sivilizasiyalararası dialoqun əhəmiyyətini vurğuladı, Azərbaycanda dövlət siyasətinin əsasını təşkil edən multikulturalizm və inklüziv cəmiyyət barədə, kilsələrin və sinaqoqların yenidən qurulması və təmiri barədə danışdı. Forum çərçivəsində ictimai birliklərin və dini təşkilatların ekstremizmə və beynəlxalq terror qruplaşmalarına qarşı mübarizədə iştirakı məsələlərinə böyük diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Yelena Sutormina RF İctimai Palatasının xaricdə yaşayan həmvətənlər birlikləri ilə qarşılıqlı əlaqələr üzrə fəaliyyəti, Həmvətənlər Klubunun RF ictimai Palatasında keçirdiyi tədbirlər, “Russkiy uqolok” layihəsi barədə söhbət açıb.
O qeyd edib ki, İctimai Palatanın üzvlərinə Azərbaycan Rus İcmasının cari vəziyyəti və həyatı barədə məlumat verilib. Y.Sutormina deyib: “Rus İcmasının nümayəndələri qeyd etdilər ki, hazırda Azərbaycanda 120 min rus yaşayır, ölkədə təhsilin rus dilində aparıldığı 350 məktəb fəaliyyət göstərir, Azərbaycanda 16 min tələbə rus dilində ali təhsil alır. Azərbaycanın bütün əhalisinin Rusiya telekanallarına baxmaq imkanı var. Bundan əlavə, həmvətənlərimizin yaşadığı bütün bölgələrdə Rus İcmasının regional və yerli bölmələri - cəmi 48 təşkilat yaradılıb”.
Onun sözlərinə görə, İctimai Palata bu görüşün nəticələrinə əsasən “Russkiy uqolok” layihəsi çərçivəsində Bakıdakı Rus Mədəniyyəti Mərkəzinə dəstək verəcək.
Y.Sutormina deyib: “Biz Rusiya Sülh Fondu ilə birlikdə Rus Mədəniyyəti Mərkəzinin və Azərbaycan Rus İcmasının ehtiyacları üçün Bakıdakı “Russkiy uqolok” guşəsinə ofis avadanlığı və multimedia vasitələri göndərilməsini təşkil edəcəyik”.
Tədbirdə İctimai diplomatiyanın inkişafı və xaricdəki həmvətənlərə dəstək komissiyası sədrinin birinci müavini Sergey Markov da iştirak edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54

