/ / Hikmət Hacıyev: Mülki əhaliyə dəymiş zərər və itkilər dövlət qurumları tərəfindən sənədləşdirilir
Hikmət Hacıyev: Mülki əhaliyə dəymiş zərər və itkilər dövlət qurumları tərəfindən sənədləşdirilir
30.04.2016 [09:31]
Ermənistan beynəlxalq humanitar hüquqa əsasən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq qoşunların təmas xətti boyunca yaşayan mülki əhalini intensiv şəkildə hədəfə alır. İşğalçı ölkə aprelin 2-dən etibarən təcavüzkar əməllərini davam etdirir. Aprelin 5-dən Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri səviyyəsində atəşkəs haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, Ermənistan yenə də təxribatçı əməllərini davam etdirib.
AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aprelin 29-da cəbhəboyu zonaya səfər edən yerli və xarici jurnalistlərə müsahibəsində deyib.
H.Hacıyev bildirib ki, aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən ağır texnikalardan istifadə olunaraq kəndlərin, yaşayış sahələrinin bilərəkdən intensiv şəkildə şiddətli atəşə tutulması davam etdirilib. Biz Ermənistanın belə hərəkətlərini kəskin şəkildə qınayırıq. Mülki əhaliyə dəymiş zərər və itkilər Xarici İşlər Nazirliyi və digər dövlət qurumlar tərəfindən sənədləşdirilir.
Qeyd olunub ki, Ermənistanın Cenevrə Konvensiyasına əsasən üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə kobud şəkildə pozması beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükədir.
“Bu gün Ermənistanın rəhbərliyi də təcavüzkar siyasət yürüdür. Ermənistanın dövlət başçısı danışıqlar prosesindən imtina etdiyini bildirir. Bu, onun danışıqlar prosesinə məhəl qoymamasının göstəricisidir. Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə son qoyulması üçün təsirli addımlar atsın. Ermənistan sülhə məcbur edilməlidir. Azərbaycan bir daha bəyan edir ki, hərtərəfli nəticə yönümlü danışıqlar prosesinə hazırdır. Azərbaycan bu problemin həllini ilk növbədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında görür. Həmin qətnamələrə görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, aprelin 2-dən başlayaraq, Ermənistanın qoşunların təmas xəttində mülki əhaliyə qarşı törətdikləri vandalizmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün jurnalistlərin cəbhə boyu zonaya artıq ikinci səfəri təşkil olunur. Bu səfərdə Əl-Cəzirə, Reuters, Associated Press, Frans-Press, Anadolu Agentliyi, TRT World, BBC kimi dünyanın nüfuzlu media orqanlarının nümayəndələri, həmçinin yerli jurnalistlər iştirak edirlər. Məqsəd Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttinə yaxın yaşayan mülki əhaliyə qarşı həyata keçirilən vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Belə səfərlər mütəmadi qaydada təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

