Səfir UNEC-də Rus İqtisadiyyat Məktəbinin yaradılmasını yüksək qiymətləndirib
20.05.2016 [10:14]
Mayın 19-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan Dövlət İqtisad Universitetində olub.
UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, görüşün məqsədi Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri, eləcə də hər iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparmaqdır.
Rektor UNEC-in Rusiyanın nüfuzlu “Ali İqtisad Məktəbi” Milli Tədqiqat Universiteti ilə qarşılıqlı əməkdaşlıq proqramı barədə məlumat verib. Bildirib ki, hər iki ali təhsil müəssisəsi arasında bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramları, qarşılıqlı tələbə və magistrlərin, həmçinin professor-müəllim mübadiləsi uğurla davam etdirilir.
Ə.Muradov UNEC-də “Rus İqtisadiyyat Məktəbi”nin yaradılması haqqında da danışıb. Qeyd edib ki, məktəbdə iqtisadiyyatın müxtəlif sahələri üzrə fənlər tədris ediləcək. Rusdilli tələbələrin təhsil alacağı məktəbdə rusiyalı professorlar tədrisə cəlb olunacaqlar.
UNEC-də olmağından məmnunluğunu bildirən diplomat Rusiya-Azərbaycan münasibətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hər iki ölkə arasında əlaqələr müsbət istiqamətə doğru dəyişdi. İndi ölkələrimiz arasında tam qarşılıqlı anlaşma mövcuddur. Səfir Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin postsovet məkanında ən uğurlu modellərdən biri olduğunu vurğulayıb. Bu münasibətlərin hər iki ölkənin milli maraqlarına qulluq etdiyini və regional stabilliyin əsas faktoru olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan öz yolu ilə gedir. Rusiya cənub qonşusunun etibarlı qalmasında maraqlıdır.
Vladimir Doroxin UNEC tələbələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallarını cavablandırıb. Səfir bildirib ki, Rusiya münaqişənin beynəlxalq hüquq normalarına uyğun və ədalətli həllinin tərəfdarıdır. İki ölkə arasında münasibətlər nəinki qarşılıqlı anlaşma və dialoqla, eləcə də üçüncü ölkələrin mövqeyinin qiymətləndirilməsində prinsipial fikir ayrılığının olmaması ilə seçilir.
Səfir dünya neft birjalarında baş verən proseslər, qara qızılın ucuzlaşmasının Rusiya və Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı sualları da cavablandırıb.
Azərbaycanda rus dilinə olan marağı hər iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsi hesab edən V.Doroxin rusdilli təhsil prosesini dəstəkləmək məqsədi ilə Azərbaycan tərəfilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
UNEC-də Rus İqtisadiyyat Məktəbinin yaradılmasını yüksək qiymətləndirən diplomat böyük məmnuniyyət hissi ilə bu addımın pozitiv nəticələr verəcəyini diqqətə çatdırıb. “Əminəm ki, görüşlərimiz davamlı olacaq. UNEC tələbələri ilə qarşılıqlı fikir mübadiləsi aparmaq, bilik və təcrübələrimi onlarla bölüşməkdən məmnun olaram”, - deyə səfir bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

