/ / Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür
04.06.2016 [09:33]
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. Gənclərimiz çalışmalıdırlar ki, üzərlərinə düşən bu məsul vəzifənin öhdəsindən layiqincə gəlsinlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər iyunun 3-də Bakıda işə başlayan Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində keçirilən “Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusundakı panel sessiyada səsləndirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada “Gənclər Azərbaycan diasporunun fəaliyyət tarixində yeni mərhələnin aparıcı qüvvəsi kimi”, “Yeni nəsli fərqləndirən başlıca keyfiyyətlər”, “Azərbaycan diasporunun indiki nəsli ilə gənclər arasında fikir və düşüncə fərqi”, “Keçmiş nəslin təcrübəsi və yeni nəslin müasir yanaşma tərzi - ümumi harmoniyanı necə yaratmalı?” “Keçmiş təcrübənin yeni nəslə ötürülməsi üsulları hansılardır?” mövzularında diskussiyalar aparılıb.
Ramin Məmmədov panel sessiyasını açaraq qeyd edib ki, Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər saldıqda, Ulu öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq. Vaxtilə Ulu öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətdə önəmli addımlar atılır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev çıxış edərək bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu vasitədən səmərəli istifadə olunarsa, ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqəli işləməli, həmrəylik nümayiş etdirməlidirlər.
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru İlham Axundov deyib ki, hər bir zamanın dominant anları var. Regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar.
Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev çıxış edərək deyib: “Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu. Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər kəs bu işdə əlindən gələn köməyi əsirgəməsin”.
Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının fəaliyyəti barədə də məlumat verən Emin Hacıyev qurumun reallaşdırdığı tədbirlərdən, həyata keçirdiyi layihələrdən danışıb.
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq sosial şəbəkələrdə - facebook və tvitter-də gənclərin aktiv olmasının zəruriliyini bildirib.
Fasilədən sonra panel ikinci hissə ilə işini davam etdirib.
Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri, diaspora.az saytının baş redaktoru Nail Məmmədzadə, Corc Vaşinqton Universitetinin professoru Türkər Özdoğan çıxış ediblər.
Panel sessiyası işini müzakirələrlə davam etdirib, bir sıra təkliflər səsləndirilib, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05

