Referendumla əlaqədar “Vətəndaş cəmiyyəti” adlı təşəbbüs qrupu yaradılıb
05.08.2016 [10:06]
Sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar avqustun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) respublika həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan Konstitusiyasına sonuncu dəyişikliyin 2009-cu ildə edildiyini vurğulayıb. Sonuncu dəyişiklikdən ötən yeddi ildə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən S.Mehbalıyev əldə olunan uğurların Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyduğunu bildirib. Konstitusiyaya dəyişikliklə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Referendum Aktı layihəsi ilə çıxış etdiyini deyən AHİK sədri həmin sənəddə Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsinin, 6 yeni maddənin əlavə olunmasının nəzərdə tutulduğunu söyləyib.
S.Mehbalıyev bildirib ki, referendumla bağlı təşviqat qrupunun yaradılması məqsədilə ictimai birliklər və təşkilatlar yığıncaqlar keçirib, öz nümayəndələrini müəyyən ediblər. Bugünkü yığıncağa AHİK və 24 QHT-ni təmsil edən 401 nümayəndə qatılıb.
Yığıncağın keçirilməsi üçün yetərsay müəyyən olunduqdan sonra sədr və katib seçilib, gündəlik səsə qoyularaq təsdiq edilib.
Sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlətimizin başçısının təşəbbüsü ilə irəli sürülən Referendum Aktı layihəsinə Konstitusiya Məhkəməsi tərəfindən rəy verildiyini deyib. O, əsası Ulu öndər Heydər Əliyevin qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyevin uğurla həyata keçirməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sürətli inkişafı üçün əlverişli şəraitin yaradıldığını deyib, bu istiqamətdə görülən işlərdən danışıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyiblər ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar həmrəyliyi mövcuddur. Azərbaycan cəmiyyəti, o cümlədən veteranlar, gənclər, qaçqın və məcburi köçkünlər və digər təbəqədən olan insanlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.
Çıxışlardan sonra gündəlikdə duran məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində referendum üzrə 25 nəfərlik tərkibdə “Vətəndaş cəmiyyəti” adlı təşəbbüs qrupu yaradılıb. Qrupun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə referendumla bağlı qrupun adından çıxış etmək üçün notarial qaydada vəkalətnamə verilməsi məsələsi də təsdiqlənib. “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinə eyniadlı təşviqat qrupunda səlahiyyətli nümayəndəlik hüququ verilməsi barədə qərar qəbul edilib.
Sonda “Vətəndaş cəmiyyəti” adlı təşəbbüs qrupunun yaradılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət göndərilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18

