/ / Birləşmiş Ərəb Əmirlikləri mətbuatı Azərbaycanın birinci xanımının genişmiqyaslı fəaliyyətindən yazır
Birləşmiş Ərəb Əmirlikləri mətbuatı Azərbaycanın birinci xanımının genişmiqyaslı fəaliyyətindən yazır
30.08.2016 [09:48]
Birləşmiş Ərəb Əmirliklərinin “Vəhdət” qəzetində, “Arabian business” biznes xəbərləri, “Ermi Media” qrupuna daxil olan “Foochia”, eləcə də mərkəzi ofisi Londonda yerləşən “Middle East Online” portallarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalələr dərc edilib.
Bütün yazılarda Mehriban Əliyevanın ziyalı valideynləri haqqında məlumat verilir, onun görkəmli yazıçı Mir Cəlal Paşayevin nəvəsi olduğu bildirilir.
Məqalələrdə Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edilir. Birinci xanımın ölkədaxili fəaliyyətinə nəzər salınarkən ilk növbədə bildirilir ki, Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fonduna və Azərbaycan xalqının Ümummilli liderinin adını daşıyan Heydər Əliyev Fonduna rəhbərlik edir. Diqqətə çatdırılır ki, hər iki Fond humanitar, sosial və iqtisadi layihələr həyata keçirməklə Azərbaycan dövləti və xalqı üçün töhfələr verir. Bu xüsusda, Mehriban Əliyevanın uşaqlara və yaşlı nəslin nümayəndələrinə göstərdiyi xüsusi diqqət, onların qarşısında duran problemlərin həlli istiqamətində gördüyü işlər diqqətə çatdırılır.
Tolerantlıq və sülh dəyərlərini üstün tutan Heydər Əliyev Fondunun ölkədə məscid və kilsələrin tikintisi və ya yenidən qurulmasını öz üzərinə götürdüyü məqalələrdə qeyd edilir. Məhz bu cür yanaşmanın da respublikamızda yaşayan çoxsaylı milli azlıqların bir-biri ilə dinc şəraitdə yaşamasını təmin etdiyi vurğulanır.
Azərbaycan xalqının zəngin milli musiqi irsinin gənc və yetişən nəsillərə ötürülməsi işində birinci xanım Mehriban Əliyevanın xüsusi rolu qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, məhz birinci xanımın hərtərəfli diqqəti hesabına bu gün Azərbaycanda incəsənət obyektləri tikilir, musiqiyə, ələlxüsus da onun muğam janrına gənc istedadlar tərəfindən böyük rəğbət göstərilir.
Mehriban Əliyevanın idmana qayğısı da məqalələrdə öz əksini tapır. Azərbaycanın birinci xanımının Milli Gimnastika Federasiyasına rəhbərlik etdiyi bildirilir və bunun sayəsində bu idman növündə irəliləyişin nəzərə çarpdığı qeyd edilir, paytaxt Bakının müxtəlif mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi barədə oxucular məlumatlandırılır. Bundan başqa, 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlı olduğu vurğulanır, həmin Oyunların yüksək səviyyədə təşkili sayəsində birinci xanıma 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə olunduğu qeyd edilir. Eyni zamanda, Mehriban Əliyevanın “Eurovision” mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər musiqi yarışmasının uğurla keçirilməsini təmin etdiyi vurğulanır.
Birinci xanım Mehriban Əliyevanın xarici fəaliyyətinə gəlincə, burada Heydər Əliyev Fondunun xətti ilə humanitar aksiyalara nəzər salınır. Bu xüsusda Rusiya, Pakistan və digər ölkələrdə peyvənd aksiyaları, açıq ürək əməliyyatları, Pakistanda Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr, qan donorluğu aksiyaları misal çəkilir. Həmçinin Fondun Rumıniya, Haiti, Pakistan və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardım əlini uzatdığı diqqətə çatdırılır.
Məqalələrdə Heydər Əliyev Fondunun zəngin milli musiqi irsimizin dünya miqyasında tanıdılması istiqamətində töhfələri ilə yanaşı, qlobal bəşəri dəyərlər, sülh və tolerantlığın təbliğində rolu da qeyd edilir. Oxucuların diqqətinə çatdırılır ki, tolerantlıq və sülh dəyərlərini üstün tutan Fond qlobal səviyyədə fərqli mədəniyyətlər və dinlər arasında dialoq və əməkdaşlıq formatının intişar etməsində səylərini əsirgəmir, bu məqsədlə mühüm beynəlxalq tədbirlər təşkil edir. Heydər Əliyev Fondunun Fransa, Almaniya, İtaliya və digər ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirak etdiyi vurğulanır.
Məqalələrin yekun hissələrində Mehriban Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyətinin ona UNESCO və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını, habelə Fransa, Pakistan, Polşa, Serbiya kimi ölkələrin ali dövlət ordenlərini, eləcə də Dünya Səhiyyə Təşkilatının mükafatını, UNESCO-nun “Qızıl Motsart” medalını, “Qızıl ürək” beynəlxalq mükafatını qazandırdığı diqqətə çatdırılır.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

