Anti-Azərbaycan dairələrin növbəti uğursuz “qara piar” kampaniyası
21.09.2016 [10:04]
Yaxud Azərbaycan xalqı və dövlətinə qarşı xəyanətkar mövqedə duran Əli Kərimlinin oğlunun ermənilərlə eyni cəbhədə yer alması təəccüblü deyil
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, bütövlükdə geostrateji nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bir sözlə, ölkəmiz pozitiv beynəlxalq imicə malik olan suveren aktor kimi tanınır. Bunlarla yanaşı, sabitlik adası kimi səciyyələndirilən Azərbaycan beynəlxalq miqyasda baş verən kataklizmlərə baxmayaraq, öz müstəqil inkişaf yolunda irəliləyir. Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Eyni zamanda, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında təcəssüm olunur.
Əlbəttə, sadalananlar ölkəmizə düşmən münasibəti bəsləyən bəzi qərəzli qüvvələri - erməni lobbisini, anti-Azərbaycan dairələri və onların ölkəmizdəki əlaltılarını - “beşinci kolon”u ciddi şəkildə narahat edir. Bunlara paralel olaraq ölkəmizin uğurlu diplomatiyasının və diaspor siyasətinin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyada inamla təbliğ olunur, informasiya məkanında üstünlüyü ələ alan ölkəmiz işğalçı Ermənistanın və xüsusilə erməni lobbisinin əleyhimizə yönəltdiyi dezinformasiyanı və “qara piar” kampaniyasını iflasa uğradır. Bu isə erməni lobbisini, o cümlədən ermənilərdən hər zaman siyasi rıçaq kimi istifadə etməyə alışmış qüvvələri ciddi şəkildə əndişələndirir. Bu səbəbdən Azərbaycana qarşı “qara piar” kampaniyası aparılır, bu çərçivədə müxtəlif şoular düzənlənir. Məhz sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının Azərbaycanla bağlı təşkil etdiyi dinləmə şousu da bu sırada yer alır. Qeyd edək ki, dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər. Cəmi 20 nəfərə yaxın iştirakçının olduğu tədbirə konqresmenlərdən yalnız ermənipərəst Cim Makqavern qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporunun təmsilçiləri olublar. Bundan başqa, tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub. Yeri gəlmişkən, o, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin - qondarma “DQR”in rəhbəri Bako Saakyanın oğludur və ABŞ-dakı erməni diasporunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir. Beləliklə, burada anti-Azərbaycan cəbhənin üç ayağı diqqəti cəlb edir. Birincisi, müəyyən dairələrin korporativ maraqlarına xidmət edən Riçard Kozlariç, ermənipərəst konqresmen Cim Makqavern kimiləri, ikincisi, erməni lobbisi, üçüncüsü isə, həmin dairələrin direktivləri ilə “hərəkətə keçən” Əli Kərimlinin yeni “siyasi proyekti” olan Türkel Kərimli tipli mikrofiqurlar. Onu da qeyd edək ki, tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqlayıb. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şifin imza atması bir daha ölkəmizə qarşı bu tipli hücumların arxasında məhz erməni lobbisinin durduğunu aydın göstərir.
Şübhəsiz ki, Əli Kərimlinin oğlunun belə bir anti-azərbaycançı tədbirdə yer alması bir məqamı yenidən aktuallaşdırır. Belə ki, radikalların, antimilli ünsürlərin, bir sözlə, “sapı özümüzdən olan balta”ların Azərbaycan xalqı və dövlətinə qarşı xəyanətkar mövqeyi, ermənilərlə eyni cəbhədə yer alması ənənəsi davam edir. Əlbəttə, bu hal yeni deyil. Bunu göstərən çoxsaylı faktlar mövcuddur. Heç kimə sirr deyil ki, AXCP və onun sədri Əli Kərimlinin fəaliyyəti sırf Azərbaycan xalqı və dövlətinə qarşı yönəlib. Bu səbəbdən onun oğlunun belə bir kampaniyada yer alması təəccüb yaratmır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31

