Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında seminar-treninq keçirilib
23.09.2016 [10:12]
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminar-treninqdə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsinin dairə seçki komissiyalarının sədrləri, veb-kameralı seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katibləri, həmçinin seçkilərə 5 gün qalmışadək yaradılan 24 qapalı seçki məntəqəsinin məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri iştirak ediblər.
Tədbiri açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov qeyd edib ki, sentyabrın 26-da keçiriləcək referenduma hazırlıq prosesi davam edir. Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, 35 seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb, sınaqdan keçirilərək hazır vəziyyətə gətirilib. Səsvermə günü həmin seçki məntəqələrində səsvermənin gedişini internet vasitəsilə izləmək mümkün olacaq. Seçki məntəqələrində veb-kameraların quraşdırılması Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a uyğun olaraq təşkil edilib.
Mərkəzi Seçki Komissiyasının sədri referendum günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə məlumat verib.
Mərkəzi Seçki Komissiyasının katibi Elnur Eyvazov referendum günü məntəqə seçki komissiyalarının fəaliyyəti, referendum bülleteninin doldurulması qaydaları barədə danışıb. Elnur Eyvazov bildirib ki, sentyabrın 26-da səsvermə saat 8:00-dan 19:00-a kimi keçiriləcək. Referendum bülleteni digər seçkilərdə tərtib olunan səsvermə bülletenlərindən fərqlənir. Konstitusiyada referenduma çıxarılan 29 maddə üzrə təklif olunan dəyişikliklər səsvermə bülletenində ayrı-ayrılıqda əks olunub. Bu 29 maddə bülletendə alt-alta sıralanıb və hər bir maddənin qarşısında da “hə” və “yox” cavablarının altında boş kvadratlar qoyulub.
7 saylı Ordubad-Culfa dairə seçki komissiyasının aparıcı məsləhətçisi Hüseyn Qasımov çıxışında qeyd edib ki, məntəqə seçki komissiyasının protokolu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış üç nüsxədən ibarət xüsusi dövlət sənədidir. Nüsxələrdən birincisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, ikincisi müvafiq dairə seçki komissiyasına təhvil verilir. Üçüncüsü isə məntəqədə məlumat lövhəsindən asılır. Protokolu son dərəcə səliqəli tərtib etmək, həddindən artıq diqqətli olmaq vacibdir.
Tədbirdə dairə seçki komissiyalarının sədrləri veb-kameralı seçki məntəqələrinin və seçkilərə 5 gün qalmışadək yaradılan 24 seçki məntəqəsinin referenduma hazırlıqlarının vəziyyəti barədə məlumat veriblər.
Sonra seçki komissiyaları üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

