“Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu çap edilib
07.10.2016 [10:07]
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə” məqalələr toplusu çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası ilə bağlı dəyərli fikirləri ilə başlayan toplunun ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.
“Müstəqil Azərbaycanın 25 ili” başlıqlı “Ön söz əvəzi” ilə oxucu auditoriyasına təqdim olunan bu topluda 49 dövlətin Azərbaycan Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və digər beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərinin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların ölkəmiz ilə əlaqələrinin 25 illik tarixinə, əldə olunan nəticələrin qiymətləndirilməsinə, münasibətlərin perspektivlərinə həsr edilən məqalələr toplusu Azərbaycan və ingilis dillərində təqdim olunub. Məqalələrdə Azərbaycanın xarici siyasəti, ikitərəfli münasibətlər geniş şəkildə əks olunub, keçilmiş yolun çətinlikləri, nailiyyətlər, həmçinin perspektivlər haqqında məlumat verilib.
Məqalələrin əksəriyyətinin ana xətti budur ki, mürəkkəb geosiyasi regionda yerləşməsinə və çətin inkişaf yolu keçməsinə baxmayaraq, bu gün Azərbaycan Respublikası dünya birliyinin müstəqil siyasi subyekti kimi balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan xarici siyasət həyata keçirir. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin yaradıcılıqla və uğurla davam etdirdiyi müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyası Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaradıb. Artıq Azərbaycan istər regional və qlobal təhlükəsizliyin təmin edilməsində, istərsə də enerji təhlükəsizliyinə nail olunmasında etibarlı, sabit tərəfdaş kimi qəbul olunur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin tərtib etdiyi və ölkəmizin 25 illik müstəqillik tarixinə dəyərli töhfə olan bu toplu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10

