/ / “Komsomolskaya Pravda” qəzeti Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun müsahibəsini dərc edib
“Komsomolskaya Pravda” qəzeti Azərbaycanın Sankt-Peterburqdakı baş konsulunun müsahibəsini dərc edib
19.10.2016 [10:15]
“Komsomolskaya Pravda” qəzetində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ilə müsahibə dərc edilib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının yubileyi ərəfəsində baş konsul Sultan Qasımov Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərindən söz açaraq qeyd edir ki, bu səmimi münasibətlər, ilk növbədə, ölkələrimizin rəhbərlərinin dostluğuna əsaslanır. S.Qasımov deyib: “Prezidentlər sarıdan bəxtimiz çox gətirib. İlham Heydər oğlu Əliyev və Vladimir Vladimiroviç Putin bir-birinə çox səmimi münasibət bəsləyirlər. Onları çoxillik möhkəm dostluq əlaqələri bağlayır. Bu, bizi çox ruhlandırır. Biz iki qonşu ölkə, strateji tərəfdaşlarıq və qarşılıqlı münasibətlərimizə qayğı ilə yanaşırıq”.
Baş konsulluğun əsas vəzifələri barədə danışan S.Qasımov vurğulayıb ki, başlıca vəzifə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını müdafiə etmək, Azərbaycan ilə Rusiya Federasiyasının Şimal-Qərb Federal dairəsi arasında əlaqələri inkişaf etdirmək və möhkəmləndirməkdir. Diplomatik missiyanın işində mühüm istiqamətlərdən birinin mədəni-humanitar əməkdaşlıq olduğunu bildirən diplomat deyib: “2016-cı ilin sentyabrında Bakıda V Beynəlxalq Humanitar Forum keçirilib. Ölkələrimizin prezidentlərinin himayəsi altında keçirilən bu genişmiqyaslı tədbir son illərdə yaxşı ənənəyə çevrilib. Hər il məşhur alimlər, mədəniyyət xadimləri, siyasətçilər və ictimai xadimlər bütün dünyadan Bakıya toplaşır. Bu forumlarda Rusiya həmişə sayca ən böyük nümayəndə heyəti ilə təmsil olunur. Bu, ölkələrimiz arasında sıx əlaqələrə aid sadə bir misaldır. Bakıda Rusiyanın əsas universiteti olan MDU-nun fundamental filialı fəaliyyət göstərir. Rusiyanın Seçenov adına ən böyük tibb universitetinin Bakı filialı tələbə qəbul edir. Azərbaycanda tədrisin rus dilində olduğu 100-dən çox məktəb var. Ölkəmizdə rus mədəniyyətini yüksək qiymətləndirir və ona böyük maraqla yanaşırlar. Azərbaycan paytaxtının mərkəzində 90 ildən çoxdur ki, Rus Dram Teatrı fəaliyyət göstərir. Burada Moskvanın və Peterburqun aparıcı teatr truppaları vaxtaşırı çıxış edir. Məgər bu, bizim səmərəli münasibətlərimizin gözəl nümunəsi deyilmi?! Biz sadəcə tərəfdaşlar deyilik, biz dostlarıq. Azərbaycanda çoxlu rus yaşayır. Azərbaycanın rus icması ən böyük icmadır. Prezident İlham Heydər oğlu Əliyev bu icmanın inkişafına böyük diqqət ayırır”.
S.Qasımov ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin və onun rəhbəri Leyla Əliyevanın, habelə ölkəmizin Rusiyada səfirliyinin və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun rolunu xüsusi qeyd edib.
Sankt-Peterburqdakı Azərbaycan diasporu mövzusuna toxunan baş konsul deyib: “Bizim hesablamalara görə, Peterburqda 380 minə yaxın azərbaycanlı yaşayır. Bu o deməkdir ki, burada onların işləri yaxşı gedir. Deməli, onlar sizin cəmiyyətin bir hissəsinə, regionun bir hissəsinə çevrilə biliblər. Əgər birisi azərbaycanlıdırsa, onun hökmən ticarətlə bağlı olması barədə geniş yayılmış stereotiplərə baxmayaraq, qeyd etməliyəm ki, mənim həmyerlilərim arasında aparıcı ali məktəblərin alimləri, professorları, mühəndislər, həkimlər, hörmətə layiq olan digər peşələrin nümayəndələri az deyil”.
Rusiyanın şimal paytaxtında yaşayan həmvətənlərimizin baş konsulluğun bütün tədbirlərində fəal iştirak etdiklərini vurğulayan Sultan Qasımov sonda deyib: “Bu günlərdə Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair referendum keçirildi. Sentyabrın 26-da həmvətənlərimiz - hazırda Rusiyada olan Azərbaycan vətəndaşları baş konsulluğun binasında yerləşən seçki məntəqəsində səs verdilər. Hazırda isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi bayramına hazırlaşırıq”.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

