/ / Baş nazirin müavini Əli Əhmədov Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Baş nazirin müavini Əli Əhmədov Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
21.10.2016 [09:54]
Oktyabrın 20-də Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini belə görüşlərin iki ölkə arasındakı əlaqələrə müsbət təsirini göstərdiyini, münasibətlərin inkişafının hər iki tərəfin maraqlarına uyğun olduğunu bildirib. Əli Əhmədov Seneqal nümayəndələrinin ölkəmizə səfərinin əlamətdar tarixə - Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə təsadüf etdiyini deyib. Azərbaycanın müstəqil dövlət kimi siyasi, iqtisadi və digər sahələrdə böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, Azərbaycanın müstəqillik illərində iqtisadi sahə ilə yanaşı, dünya birliyi ölkələri ilə əlaqələrin qurulması və inkişafı baxımından da böyük işlər gördüyünü qeyd edib.
“Seneqal dövləti 2008-ci ildə BMT-də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı ölkəmiz tərəfindən təqdim olunan sənədi, 2012-ci ildə isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini dəstəkləyib. Seneqal dövlətinin beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini müdafiə etməsinə, xüsusilə bizim üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində göstərdiyi dəstəyə görə ölkənizə təşəkkürümü bildirirəm”, - deyə Baş nazirin müavini qeyd edib.
Azərbaycanın dünya dövlətləri, o cümlədən Seneqal ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğunu deyən Əli Əhmədov bildirib ki, bunun üçün hər iki ölkə geniş potensiala malikdir və bu potensialdan maksimum yararlanmaq vacibdir. İki ölkə iqtisadiyyatın bütün sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində birgə işlər görə bilər.
Azərbaycanın gömrük sahəsində bir çox dövlətlərlə əməkdaşlığından danışan Baş nazirin müavini Seneqalla da gömrük sahəsində əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye səfər çərçivəsində ölkəmizdə məhsuldar görüşlər keçirdiklərini deyib. O, Seneqalın beynəlxalq qurumlarda Azərbaycana verdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirilməsindən məmnunluq bildirib.
Qonaq hər iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın gücləndirilməsində göstərilən diqqət və yardıma görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. O, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, bu sahədə qarşılıqlı əlaqələrin ölkələrimizin birgə səyləri ilə daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
“Biz Azərbaycanın bəzi gömrük məntəqələrində, eləcə də Dövlət Gömrük Komitəsinin bir neçə mərkəzində olduq. Onu deyə bilərəm ki, Seneqalın gömrük sistemində Azərbaycandan öyrəniləcək çox şey var. Eləcə də Azərbaycanın informasiya texnologiyaları sahəsindəki təcrübəsi də bizim üçün maraqlıdır”, - deyə Papa Ousmane Gueye əlavə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10

