/ / Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder: İlham Əliyev öz ölkəsinin böyük lideridir
Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder: İlham Əliyev öz ölkəsinin böyük lideridir
03.11.2016 [09:55]
Rusiyanın paytaxtında “Gələcəyi qoruyaq” adlı Birinci Moskva Beynəlxalq Konfransı keçirilib. Antisemitizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş bu konfransda müxtəlif ölkələrdən olan siyasətçilər, ictimai xadimlər və ekspertlər iştirak edirdi.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut da həmin konfransda iştirak edib və forum çərçivəsində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder ilə görüşüblər.
R.Lauder Azərbaycan haqqında çox səmimi sözlər söyləyib, onu gözəl ölkə adlandırıb və yaxın vaxtlarda Azərbaycana səfərini xatırlayıb. Ronald Lauder deyib: “İlham Əliyev əsl praqmatik diplomat və öz ölkəsinin böyük lideri, bu gün dünyada nələr baş verdiyini yaxşı anlayan üç dövlət başçısından biridir”.
R.Lauder İsrail-Azərbaycan əməkdaşlığının perspektivləri mövzusuna toxunaraq vurğulayıb ki, bu münasibətlər, heç şübhəsiz, strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsi faktını nəzərə alsaq bizim çox gözəl münasibətlərimiz var. Bu amil ölkələrimizin qarşılıqlı münasibətləri üçün çox vacibdir.
Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder deyib: “Mən həm Azərbaycan xalqının, həm də Azərbaycan rəhbərliyinin yəhudi icmasına hörmətini və səmimi münasibətini çox yüksək qiymətləndirirəm və Azərbaycan Prezidentinə səmimi təşəkkürümü bildirmək istəyirəm”.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva qeyd edib ki, müasir, güclü Azərbaycanın siyasəti tolerantlıq və multikulturalizm modeli əsasında qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan sülh və sabitlik məkanı, xalqlar və konfessiyalar arasında əməkdaşlıq və qarşılıqlı anlaşma məkanıdır.
Məhsəti Əliyeva deyib: “Bu gün konfransda çıxış edənlərin hamısı dünya dövlətlərinin demək olar ki, çoxunda antisemitizm barədə danışdılar. Antisemitizmin tüğyan etdiyi bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda heç vaxt belə hallar olmayıb, burada yəhudilər həmişə Azərbaycan cəmiyyətinin inteqral hissəsi olublar. Ölkəmizdə böyük yəhudi icması rahat yaşayır, burada yəhudilər həm öz milli bayramlarını, həm də Avropa yəhudilərinin faciəsi ilə bağlı beynəlxalq anım gününü qeyd edirlər. Azərbaycanda 7 sinaqoq, tədrisin yəhudi dilində olduğu 2 orta məktəb və Yəhudi Evi fəaliyyət göstərir. Azərbaycan və yəhudi xalqları həmişə dinc yanaşı yaşama nümunəsi göstəriblər. Yəhudilər Azərbaycanda dövlətin inkişafının müxtəlif sahələrində fəal iştirak edirlər. Təsəvvür edin ki, müsəlman ölkəsində dövlət yəhudi icması üçün sinaqoq inşa edib. Ölkədə yaşayan bütün icmalar kimi, yəhudi icmasına da dövlət tərəfindən hər il maliyyə vəsaiti ayrılır. Bu, dünyada analoqu olmayan bir faktdır. Azərbaycanda dinlərarası konsensus və dialoq dövlət siyasəti səviyyəsinə çatdırılıb və bu sahədə ikili standartlar yoxdur”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin rəhbəri Arye Qut qeyd edib ki, dünya birliyi antisemitizmin dirçəldilməsi faktlarına göz yummamalı və onun yeni formalarına qarşı mübarizəyə hazır olmalıdır.
Arye Qut sonda deyib: “Buna görə biz təkcə yəhudi xalqı qarşısında deyil, eyni tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün xalqlar qarşısında da cavabdehik.
Müstəqil və dünyəvi Azərbaycanda Avropa yəhudilərinin fəlakətinin ağrı-acısı yəhudi xalqı ilə yanaşı, qardaş Azərbaycan xalqının da ağrı-acısıdır. Çünki yəhudilər Azərbaycan ərazisinə bu gün gəlməyiblər, onlar qədim dövrlərdən burada yaşayır, heç vaxt özlərini qərib kimi hiss etməyiblər. Burada onlara heç vaxt özgə kimi münasibət bəslənməyib, buna görə fəxrlə demək istəyirəm: Avropanın bir sıra belə adlandırılan sivil ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə qarşı satqınlıq etməyib, yəhudilər də heç vaxt azərbaycanlılara qarşı satqınlıq etməyib”.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

